ETSN çimərliklərdə aparılan monitorinqin nəticələri açıqlayıb

img

29-06-2009 [11:16]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri Bakı şəhər Sanitar Epidemioloji Stansiyasının əməkdaşları ilə birgə Bakı və Sumqayıt çimərliklərində monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2009-cu il may ayının 12-dən iyun ayının 18-dək Abşeron yarımadasında çimərlik mövsümünə hazırlıqla əlaqədar Bakı və Sumqayıt çimərliklərində ekoloji vəziyyəti öyrənmək məqsədi ilə keçirilən monitorinqlər zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülmüş və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılıb. Novxanı-Pirallahı (Novxanı bağlar sahəsinin şərq hissəsi, Pirşağı, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan-Şüvəlan) sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılmış ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə dəniz suyu nümunələrində təyin olunan komponentlərin miqdarı norma daxilindədir (12.05-18.06.2009-cu il tarixində aparılan təhlillərin nəticələri və eyni zamanda 2007 və 2008-ci illər üzrə bu mənbələrdən götürülmüş nümunələrin orta göstəricilərinin müqayisəli vəziyyəti aşağıdakı cədvəldə verilmişdir). Gürgan və Novxanı bağları sahil zolağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilmişdir. Çirklənmənin səbəbi müvafiq mənbələr üzrə Gürgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağları istiqamətindən daxil olan təmizlənməmiş çirkab sularıdır. Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında cari ilin iyun ayının əvvəlində ETSN tərəfindən quraşdırılaraq istifadəyə verilmiş 7 ədəd təmizləyici qurğuların fəaliyyəti hesabına, bu istiqamətdə çirkab suların təmizlənməsi müəyyən qədər təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir. Aparılan təhlillərin nəticəsinə görə bu mənbələrin kəmiyyət və keyfiyyət göstəriciləri aşağıdakılardan ibarətdir: 1. Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 273 000 ədəd/litrdir. 2. Corat qəsəbəsi istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 181000 ədəd/litrdir. 3. Corat ərazisi, ?Diana? istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 122 000 ədəd/itrdir. 4. Corat ərazisi, "Gəmiqaya? restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 47 000 ədəd/litrdir. 5. Corat ərazisi, ?Sunsit? istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 38 000 ədəd/litrdir. 6. Corat ərazisi, ?Səma? istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 17 000 ədəd/litrdir. 7. Novxanı ?Aquapark? istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 15 000 ədəd/litrdir. 8. Novxanı çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə zəif çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 5 600 ədəd/litrdir. 9. Hövsan çimərliyi istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 56 000 ədəd/litrdir. 10. Hövsan Aerasiya stansiyası qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 112 000 ədəd/litrdir. 11. ?Şıx? çimərliyi ərazisindəki ?Min bir gecə? restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 45 000 ədəd/litrdir. 12. ?Şıx? çimərliyi ərazisindəki ?Delfin? otelinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 34 000 ədəd/litrdir. 13. ?Şıx? çimərliyi ərazisindəki ?Ramada? istirahət mərkəzinin qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 42 000 ədəd/litrdir. Qaradağ rayonu, ?Sahil? çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 160 000 ədəd/litrdir. 14. Qaradağ rayonu çimərliyi ərazisindəki ?Sahil? restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində bəzi kimyəvi komponentlər az miqdarda normadan artıq müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 157 000 ədəd/litrdir. Beləliklə, qeyd olunan çimərliklərdə aparılmış monitorinqin nəticələrinə görə mövsümə hazırlıqla əlaqədar qeyri-qənaətbəxş hesab edilən ərazilər Sumqayıt, Hövsan, Şıx, Sahil çimərlikləri və Novxanı çimərliyinin qərb hissəsidir. Buna səbəb Sumqayıt və bağlar istiqamətindən dənizə axıdılan iri həcmli qarışıq mənşəli tullantı sularının təmizlənməməsi, Sahil və Şıx istiqamətindən isə axıdılan suların yol verilən normalar səviyyəsinə qədər təmizlənməməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA