28-06-2009 [04:47]
[b]Türkiyəli Filiz Güngör keçmiş həyat yoldaşına olan bütün ülvi hisslərini dəfn edib, daimi yaşamaq üçün Vətəninə qayıtmaq istəyir [/b]
Azərbaycanda yaşayan türklərin əksəriyyətindən fərqli olaraq, onu qardaş ölkədən bura işgüzar maraqlar deyil, eşq rüzgarı gətirib. Baxmayaraq ki, müsahibimiz həm Türkiyədə, həm də Azərbaycanda işgüzar fəaliyyətlə məşğul olub. 2002-ci ildə İstanbulda tanış olduğu azərbaycanlı həkimlə evlənən və sonradan daimi yaşamaq üçün ölkəmizə köçən Filiz Güngör uğursuz ailə həyatı yaşayacağını ağlına gətirmirmiş. Bakıda üzləşdiyi çətinliklərə rəğmən nəinki ayaqda durmağı bacarıb, həm də özünə şirkət quraraq iş adamı kimi fəaliyyətə başlayıb. Azərbaycanlı oğlanla həyat hekayəsini "Reytinq"ə danışan Filiz Güngör ölkəmizi birdəfəlik tərk etməyə, keçmiş həyat yoldaşına qarşı təzminat davası açmağa qərarlıdır.
[b]Təsadüfi tanışlıq [/b]
Filiz Güngör Bakıdan olan həkim Elşən ?əbiyevlə İstanbuldakı Cərrahpaşa Universitetində təsadüfən tanış olub: "O zaman gələcək həyat yoldaşım Türkiyədə travmotoloq ixtisası üzrə ali təhsil alaraq, xəstəxanada təkmilləşmə kursu keçirdi. Yüksək mərtəbəli binadan yıxılaraq ağır travma alan anamı müalicə üçün onun çalışdığı xəstəxanada yerləşdirmişdik. Anamın həkimlərindən biri olan Elşən ?əbiyevlə tanışlığımız bax belə başladı".
Trabzonda doğulan, İstanbulda ali təhsil alan, Britaniyada ingilis dilini öyrənən Filiz Güngör 1995-ci ildə qardaşı ilə birgə özünə ticarət şirkəti qurub. "Elşən ?əbiyevlə tanış olanda İstanbulda özümə görə bir iş adamı, ticarət sahəsində ixtisaslaşan şirkətin ortağı idim. Anamın müalicə olunduğu xəstəxanaya tez-tez getməyim onun mənə tanışlıq təklifi etməsinə səbəb oldu. Həkimlərə qarşı antipatiyam olsa da, Elşənin təklifini rədd etmədim. Olduqca mədəni, mərhəmətli adam təsiri bağışlayan, türkcə türklərdən də yaxşı danışan, çalışmağı bacaran bu azərbayanlı həkim məndə antipatiya hissləri doğurmadı. Təxminən bir ilədək dost kimi görüşdük və ona bağlandım. Evlənmək təklifi də birinci ondan gəldi. Düşünüb-daşındıqdan sonra "hə" cavabı verdim".
[b]Əbədi qaynana-gəlin barışmazlığı [/b]
Cütlüyün toyu İstanbulda olub. Amma toy ərəfəsində gənclər rəsmi nikaha girə bilməyiblər. Azərbaycanın İstanbuldakı Konsulluğunun Elşən ?əbiyevə subay olması barədə arayış verməməsi rəsmi nikahın bağlanmasını müvəqqəti olaraq təxirə salıb. Filiz xanımın sözlərinə görə, toydan bir il sonra Elşən subaylıq haqqında sənədləri toplamaq üçün Azəbaycana getmək lazım olduğunu deyib. Gedərkən ona söz verib ki, Bakıda da toy etmək niyyəti var.
"O, iki həftə Bakıda qaldı. Türkiyəyə gələndə rəsmi nikah üçün lazım olan sənədləri gətirmədi, mənə dedi ki, anasına vəkalətnamə verib, o alıb göndərəcək. Ona inandığım üçün ağlıma başqa şey gəlmirdi. Bir müddət sonra bizim oğlumuz dünyaya gəldi. Hər ikimizin istəyilə uşağa iki ad qoyduq -Alpərən və Kənan". Müsahibimiz deyir ki, doğumdan sonra həyat yoldaşının ata-anası onları görmək üçün İstanbula gəliblər. Elə ilk narazılıq da ondan sonra yaranıb: "Onların gəlişi ilə İstanbulda yeni bir ev tutduq. Evin əsas xərclərini mən ödəyirdim. Bir dəfə evdə təsadüfən anasının Elşənlə söhbətini eşitdim. Qaynanam oğlunu öyrədirdi ki, pul xərcləməsin, mənim pulumdan istifadə etsin. Eşitdiyim bu sözlər mənə çox pis təsir etdi". Filiz xanım deyir ki, həyat yoldaşının valideynləri onlarda qaldığı müddətdə aralarında sərinlik yaranıb. Buna qaynanın xoşagəlməz davranışları, gəlinini bəyənməməsi səbəb olub.
[b]Əlvida, İstanbul! [/b]
Filiz Güngörün sözlərinə görə, oğlan tərəfin rəsmi nikahın bağlanmasını uzatması, müxtəlif bəhanələrlə bundan yayınması qarşı tərəfin narazılığına səbəb olub: "Mənim validyenlərim çox narahat idilər. Elə özüm də həmçinin. 2007-ci ildə mənim israrlarımdan sonra ailəsi rəsmi nikah bağlanması üçün lazım olan sənədləri Bakıdan İstanbula göndərdi. Amma Elşən müxtəlif bəhanələrlə nikahın rəsmiləşdirilməsini uzadırdı. Bu isə mənim səbrimi daşırır, ona qarşı şübhələrimi artırırdı. ?əhayət mənim təkidim sayəsində nikahımızı rəsmiləşdirdik".
2007-ci ilin sonlarında Elşən ?əbiyevin təklifi ilə gənc ailə daimi yaşamaq üçün Bakıya köçüb. Həyat yoldaşı ilə dünyanın o başına getməyə hazır olduğu deyən Filiz xanım İstanbuldakı işgüzar fəaliyyətinə son verəndə ağlına gətirmirmiş ki, Bakıda onu çox pis qarşılayacaqlar. Gənc ailə Bakıda Elşən ?əbiyevin valideynlərinin Bakıxanov qəsəbəsindəki evlərində yerləşib. Elşən Mərkəzi Klinik Xəstəxanada işə düzəlib, Filiz xanım isə özəl şirkətlərin birində marketinq kimi çalışmağa başlayıb.
"Elə ilk gündən qaynatamla qaynanamın mənə soyuqluğunu hiss etdim. Bu soyuqluq tədricən psixoloji təzyiqlərə, təpkilərə çevrildi. Aydınlaşdırdım ki, onlar lap əvvəldən Elşənin türk qızı ilə evlənməsinə razı deyilmişlər. Qaynanamın uşağımı mənə qarşı yönləndirməyə çalışması, ailədə aşağılanmağım, təhqir olunmağım həyat yoldaşımın vecinə deyildi. Onlar mənə Elşəndən yaşca bir az böyük olmağımı irad tuturdular. Məni heç bir qohum-əqrabaları ilə tanış etmirdilər".
[b]Qalxın, məhkəmə gəlir! [/b]
Filiz Güngörün sözlərinə görə, ötən il günlərin birində işdən evə qaydanda qapını onun üzünə açmayıblar: "Dedilər ki, rədd olub gedim gəldiyim yerə. Elşən də məni müdafiə etmədi, ailədə baş verən dava-dalaşın sonunda döyüldüm, səhəri gün isə uşağı da götürüb o evi tərk etdim". Bir müddət kirayədə yaşamağa məcbur olduğunu deyən Filiz Güngör azayaşlı oğlunu Türkiyəyə-anasının yanına göndərməli olub. Həmin arada çox çətinliklər yaşadığını, amma dost insanlardan və Türkiyədəki yaxınlarından dəstək gördüyünü deyən müsahibimiz Bakıda "?anotech Technologi Consept" şirkəti qurmağa nail olub. Bakıya xaricdən nanotoxnologiya avadanlıqları gətirən şirkət az vaxtda iş qurmağı bacarıb. "Bu müddətdə həyat yoldaşımın mənimlə barışacağını gözləsəm də, yanıldım. Elşən dörd ay öncə boşanmaq üçün ?ərimanov rayon Məhkəməsinə müraciət etdi. ?əhayət, iki gün öncə məhkəmə boşanmamız barədə qərar çıxardı".
[b]Təzminat davası açılacaq [/b]
İndi valideynləri Elşəni yenidən evləndirmək istəyirlər. Bunu Filiz xanım deyir. Onun sözlərinə görə, valideynləri gənc həkimin bir dəfə evlənməsini, uşağı olmasını, hər vəchlə qohum-əqrəbadan, tanış-bilişdən gizlətməyə çalışırlar. "Mənə oğlumu Türkiyədən bura gətirməyə icazə vermirlər. Qanunla uşağın Türiyədən Bakıya gətirilməsi üçün atasının da razılığı olmalıdır. Keçmiş həyat yoldaşım isə mənim xahişlərimə məhəl qoymur, belə bir razılıq verməyəcəyini bildirir",- deyən Filiz Güngör ?ərimanov rayon Məhkəməsində yeni bir dava açmağa hazırlaşır: "?ecə olursa-olsun, oğlumun Bakıya gətirilməsinə nail olacağam".
Filiz xanım deyir ki, keçmiş qaynatası və qaynanasının acığına Türkiyədə Elşən ?əbiyevə qarşı təzminat davası açmaq fikri var: "Türkiyə və Azərbaycan arasında imzalanan müqaviləyə əsasən keçmiş həyat yoldaşıma təzminat davası aça bilərəm. Bilirəm ki, Bakıda məhkəmələr məni təmin etməyən qərar çıxara bilər. Ona görə də Türkiyə məhkəməsində Elşənin mənə vurduğu maddi və mənəvi zərərin ödənilməsi üçün 100 min dollaradək cərimə olunması barədə iddia qaldıracağam".
Söhbət arası öyrəndik ik, hazırda Mərkəzi Klinik Xəstəxanada travmotoloq kimi çalışan Elşən ?əbiyev maaşının dörddə birini (təxminən 400 manat) aliment ödəyir. Filiz Güngör isə deyir ki, keçmiş həyat yoldaşına olan bütün ülvi hisslərini dəfn edib. Ona görə də övladı 18 yaşına çatanadək nə alimentdən vaz keçəcək, nə də uşağı atasına göstərəcək.
Müsahibimiz deyir ki, yaxın iki-üç il ərzində daimi yaşamaq üçün Azərbaycanı tərk edib Türkiyəyə köçməyə qərarlıdır. Amma onun şirkəti fəaliyyətini Bakıda davam etdirəcək. "Azərbaycanda yaşadığım bütün ağrı-acılara rəğmən mən bu ölkəni çox sevdim, eyni soydan olmağımız, eyni mədəniyyəti bölüşməyimiz, mənə ayaqda durmağa dəstək olan yaxşı insanlar belə deməyimə əsas verir. Elşən ?əbiyevə isə məsləhətim odur ki, evlənəcəyi qızı da mənim kimi bədbəxt eləməsin".
[b]P.S.[/b] Yazıda adı hallanan qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.