Müharibə veteranlarına avtomobil veriləcək

img

27-06-2009 [09:12]


Məlum olduğu kimi, prezident İlham Əliyev bu günlərdə 1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqramın təsdiqtənməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən 1941-45-ci illərdə müharibədə iştirak edənlərlə bağlı bir sıra sosial tədbirlər həyata keçiriləcək. Belə ki, proqramda qeyd olunur ki, 2009-2010-cu illər ərzində növbədə dayanan 1941-1945-ci illər müharibəsi əlillərinin xüsusi avtonəqliyyatla təmin ediləcək, Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Maliyyə Nazirliyinə lazımii göstərişlər verilib. Bundan əlavə, 1941-1945-ci illər müharibəsi əlillərinin sağlamlığının yaxşılaşdırılması məqsədi ilə onların sanatoriya-kurort müalicəsinin təmin edilməsi məsələləri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA