israil prezidentinin Azərbaycana səfərinin dəstəkləyənlər də tapıldı

img

27-06-2009 [02:52]


İsrail prezidentinin Şimon Peresin Azərbaycana nəzərdə tutulan səfəri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Azərbaycan İslam Partiyası İsrail prezidentinin Azərbaycana gəlməsinə etiraz edirlər, hətta bu gün bununla bağlı aksiyada keçiriblər. Ancan Şimon Peresin ölkəmixə səfərini dəstəkləyənlər də var. Fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi Qüdrət İsakov bu səfəri dəstəkləyir və bununla əlaqədar olaraq, bəyanat da yayıb: ?İsrailin Prezidenti Şimon Peresin Azərbaycana səfəri Azərbaycan-İsrail ikitərəfli elmi əlaqələrinin və elmimizin dünya elminə inteqrasiyası prosesində mühüm tarixi mərhələnin başlanğıcı ola bilər. Ərazicə kiçik və azsaylı əhalisi olan İsrail ABŞ-da, Rusiyada, Avropa ölkələrində çalışan on minlərlə, yüz minlərlə dünya şöhrətli yəhudi alimlərin yeganə dövlətidir. Dünya elminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində həm İsraildə yaşayan, həm də dünyanın bütün ölkələrinə səpələnmiş yəhudi alimləri mühüm rol oynayırlar. İstər İsrail dövlətində yaşayan, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan dünya şöhrətli yəhudi alimləri mənimlə dostluq edirlər. Onlar Azərbaycan elminin inkişafına öz töhfələrini verməyə hazırdırlar. Təbii sərvətlərlə zəngin olmayan İsrail elmin gücü ilə səhrada cənnət yaratmağın nümunəsidir. Biz bu nümunəni ciddi şəkildə öyrənməliyik. O zaman biz də elmimizin gücü ilə əkinə yararsız şoran torpaqlarımızda, çılpaq dağlarımızın üzərində cənnət məkanları yaradacağıq. Yüz illərdir ki, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi bankirlər, maliyyəçilər, sənayeçilər və s. dünya iqtisadiyyatının yönləndirilməsində mühüm rol oynayırlar. Biz həm İsrail dölətində yaşayan, həm də dünyanın bank və maliyyə sistemlərindəki, sənaye sahələrindəki yəhudilərlə ciddi işgüzar əlaqələr yaratmalıyıq. Bu əlaqələr iqtisadiyyatımızın inkişafında, millətimizin sosial rifahının yüksəlməsində, dövlətimizin güclənməsində və müdafiə qüdrətimizin artmasında mühüm rol oynaya bilər. Dünyada ən güclü diaspora, ən güclü lobbi İsrailə məxsusdur. Biz bu təcrübəni mənimsəməliyik. Biz İsrail diasporu, İsrail lobbisi ilə möhkəm əlaqələr yaratmalıyıq. İsrail dövləti ilə, İsrail diasporu və İsrail lobbosi ilə əlaqələrimizin yüksək səviyyədə qurulması işğal olunmuş torpaqlarımızın azdlığı yolundakı qələbəmizin çox mühüm amili ola bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA