Azərbaycan Silahlı Qüvvələrinin 91 yazı tamam olur

img

26-06-2009 [11:23]


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 91 il keçir. Qeyd edək ki, 1918-ci il iyunun 26-da Gəncə şəhərində yerləşən parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaradıması haqqında qərar çıxarılıb və Azərbaycanda ilk əlahiddə korpus yaradılıb. Həmin alayın komandiri general Əliağa Şıxlinski idi. Azərbaycan ikinci dəfə müstəqil olandan sonra, 1991-ci ilin sentyabrında Ali Sovet Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib. Bayram günü münasibətiylə bu gün konsert proqramlarının keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA