?Cəbhədə həlak olan əsgərin dəfninə ancaq komissarlıq nümayəndələrinin getməsi düzgün deyil?

img

25-06-2009 [06:55]


Bu gün ?Ordunun dostları? mətbuat klubunda Əsgər Ailəsi Cəmiyyətinin təşkilatçılığı ilə 26 İyun ? Azərbaycan Silahlı Qüvvələrinin yaranması Gününə həsr olunmuş toplantı keçirildi. Cəmiyyətin sədri Roza Əliqızı çıxışında bildirdi ki, Azərbaycan ordusu tarixi keçmişə malikdir, uzun yol keçib. Xüsusən də, müasir dövrdə ordunun yaranması çox ağır və əzablı yollardan keçib: ?1992-ci ildə Azərbaycanda milli ruh yüksək idi, qadın-kişi fərqi yox idi, hamı Vətənin müdafiəsi üçün çalışırdı. Azərbaycanın ilk milli paqonlarının çiynində gəzdirən mən olmuşam və bir qadın kimi bununla çox fəxr edirəm. Azərbaycanın ilk şəhidi Firdovsi Məmmədovun cənazəsini qarşılayanda Şəhidlər xiyabanında boş məzarları da gördük. Bəzən fikirləşirdim ki, burda mənə yer lazım olacaq. Hətta qısqanclıq hissi yaranmışdı ki, birdən burda mənə yer qalmaz?. Ehtiyyatda olan polkovnik Həsən Əmirov isə keçdiyi döyüş yolundan, Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışdı. Onun sözlərinə görə, bu gün Azərbaycan Silahlı Qüvvələri ən yüksək təminata malikdir. Amma müharibə illərində bunları əldə etmək çox çətin idi: ?İndi Azərbaycan Ordusu elm, bilik üzərində qurulur. O vaxt isə bizim yetişdirdiyimiz zabitlər arasında hər peşənin sahibi vardı. Buna baxmayaraq, onlar Vətən uğrunda ölməyə hazır idilər?. Erməni işğalçılarının Azərbaycanın indikindən daha böyük ərazilərini işğal etmək arzusunda olduğunu deyən H.Əmirov bildirdi ki, düşmən 1994-cü ildə Tərtər rayonunu işğal edəndən sonra Yevlağı da ələ keçirməyi planlaşdırırmış. Amma Azərbaycan Ordusun bunun qarşısını alıb. Hətta 94-cü ilin sonlarında Azərbaycanın hərbi birləşmələri hücum edərək Ağdərə rayonunun ələ keçirib və həmin istiqamətdə hərəkət edərək Kəlbəcər rayonunu da işğaldan azad etmək planı olub. Bunun ardınca Dağlıq Qarabağın işğal olunmuş digər əraziləri azad ediləcəkmiş: ?Lakin böyük bir xəyanət nəticəsində biz buna nail ola bilmədik. O vaxt yüzlərlə insan həlak oldu, yaralandı, itkin düşdü?. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Ordunun yaranma günündə keçmiş döyüşçülərin, hərbçilərin bir yerə yığışıb xatirələri danışması müsbət haldır: ?Hesab edirəm ki, Ordu günü ictimai şüura daxil olmalıdır. Əvvəllər 23 fevralı necə qeyd edirdiksə, indi də 26 iyunu elə qeyd etməliyik. Biz bu məsələyə diqqətlə yanaşmalıyıq?. ?Ordunun dostları? mətbuat klubunun rəhbəri Emin Həsənli isə bildirdi ki, müharibədə Azərbaycan hərbi birləşmələri heç vaxt erməni-rus döyüşçülərinə döyüş şəraitində məğlub olmayıb: ?Burada başqa səbəblər var. Onları da hamı bilir. O vaxtkı başıpozuqluq, vahid komandanlığın olmaması bizi məğlubiyyətə gətirib çıxardı?. Emin Həsənli təklif etdi ki, cəbhə xəttində həlak olan Azərbaycan əsgərinin dəfninə ancaq komissarlıq nümayəndələrinin getməsi düzgün deyil. Dəfn mərasimində millət vəkilləri, ictimaiyyət və mətbuat nümayəndələri də iştirak etməlidir: ?Yəni xalq ordunu sevməlidir. Bunu təkcə dövlətdən gözləmək olmaz. Bu gün Azərbaycanda əsgərlərə və tələbələrə yazıq kimi baxırlar, amma əslində onlardan şərəfli iş yoxdur. Biz bu cür yanlış düşüncələrdən uzaq durmalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA