ilham Əliyev Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılızında iztirak edib

img

25-06-2009 [06:46]


Bu gün Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib. İlham Əliyev binanın fasadına və ətrafdakı abadlaşdırılmış binalara baxıb. Sonra ambulatoriyanın açılışını bildirən lenti kəsib və səhiyyə ocağı ilə yaxından tanış olub. Prezident və xanımı əvvəlcə ambulatoriyanın yerləşdiyi binanın əvvəlki və indiki vəziyyətini, burada aparılmış təmir və yenidənqurma işlərinin gedişini əks etdirən videogörüntülərə baxdılar. Məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu ambulatoriyanın yenidən qurulması layihəsini Türkiyənin ?Medikal Mimari Tasarım ve Danışmanlık Tic. Ltd? şirkəti hazırlamış, yenidənqurma işlərini ?Seren İndustrial Construction Services Ltd? MMC həyata keçirib. Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunub. Burada ötən ilin martında başlanmış yenidənqurma işləri ən müasir standartlara uyğun aparılıb. Tikintinin ümumi sahəsi 4200 kvadratmetrdir. Əsaslı təmir işləri aparılarkən binanın əvvəlki memarlıq üslubu saxlanılmış, həyata keçirilən tədbirlər zamanı müasir memarlıq üslubuna da geniş yer verilmiş və hər iki üslub peşəkarlıqla uzlaşdırılıb. Üçmərtəbəli binanın yükdaşıyan divarları dəmir-beton konstruksiyalarla gücləndirilib. İnşaat işlərində Türkiyə, ABŞ, Almaniya, İtaliya və digər ölkələrin tikinti materiallarından istifadə olunmuşdur. Binada Yaponiya istehsalı olan 2 müasir lift quraşdırılıb. Ambulatoriyada quraşdırılmış tibbi avadanlıq da dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalıdır. Ambulatoriyanın qadın mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, burada süni mayalanma, ginekologiya, mamalıq, prenotal diaqnostika, mammologiya, mammoqrafiya, endokrinologiya və urologiya xidmətləri təklif olunur. Mərkəzin 3 müayinə otağı lazımi avadanlıqla, o cümlədən ABŞ-ın ?General Elektric? şirkətinin 4D proqramı yüklənmiş ultrasəs cihazı, ana bətnindəki uşağın ürək döyüntüsünü ölçmək üçün cihaz, rəqəmli mammoqrafiya cihazı ilə təchiz edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA