QHT Şurasının tədbirində dava düzdü

img

25-06-2009 [06:32]


[b]Azay Quliyev: ?Məni deyil, fikirlərimi müzakirə edin?[/b] [b]Erkin Qədirli: ?Sizin fikirləriniz bir aydır mətbuatda müzakirə olunur?[/b] Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən QHT rəhbərləri ilə görüşüb. ?Park İnn? otelində baş tutan görüşdə ?QHT (ictimai birliklər və fondlar) haqqında? qanuna təklif edilən əlavə və dəyişikliklər müzakirə olunub. QHT Şurasının sədri Azay Quliyev bildirib ki, proses ilk gündən onların diqqət mərkəzində olub. Onun sözlərinə görə, QHT Şurasının rəhbərliyi qanunvericlik təşəbbüsü ilə çıxış edən deputatlarla görüşərək, vətəndaş cəmiyyəti təmsilçilərinin təkliflərini səsləndiriblər: ?Bu günə kimi Milli Məclisdən bizə cavab verilməyib. Bu isə o deməkdir ki, qanuna təklif olunan əlavə və dəyişikliklər parlamentin iyunun 30-da keçiriləcək iclasında müzakirə olunacaq. Biz də sözügedən qanunun təkmilləşdirilməsinin tərəfdarıyıq. Amma bu dəyişikliklər cənab prezidentin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətlə üst-üstə düşməlidir?. Tanınmış hüquqşünas Aslan İsmayılov isə deyib ki, bu gün Azərbaycan seçim astanasındadır. Onun sözlərinə görə, cəmiyyət demokratik rejimlə avtoritar rejim arasında seçim etməlidir: ?Qanuna təklif olunan əlavə və dəyişikliklərin heç bir məntiqi izahı yoxdur. Bu gün hətta siyasi partiyaların çoxunun ölkənin əksər regionlarında yerli təşkilatları yoxdur. QHT-lərin qarşısında belə bir tələb qoymaq onların qətlinə fərman verməkdir. Əgər hansısa xarici donor Azərbaycanda fəaliyyət göstərən bir QHT-yə maliyyə yardımı ayırırsa, biz ona yalnız təşəkkür etməliyik?. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da sözügedən qanuna təklif olunan əlavə və dəyişikliklərin əleyhinə çıxıb. Qubad bəy deyib ki, qanun layihəsi Milli Məclisin gündəliyindən çıxarılmalıdır: ?Bu qanunda nəzərdə tutulan bəzi dəyişiklikləri digər qanunvericilik aktlarında da etmək mümkündür?. Hüquqşünas Aydın Kərimov isə ?QHT (ictimai birliklər və fondlar) haqqında? qanuna təklif olunan əlavə və dəyişiklikləri mürtəce adlandırıb. Onun sözlərinə görə, qanunvericilik təşəbbüsü ilə çıxış edən deputatlar beynəlxalq qanunlara hörmətsiz yanaşırlar: ?Qanuna təklif edilən əlavə və dəyişikliklər qəbul olunsa, Azərbaycan beynəlxalq imici ciddi şəkildə zədələnəcək. Bu gün Azərbaycan bücəsinin 50 faizini xaricdən daxil olan vəsait təşkil edir. Hesab edirəm ki, qanuna təklif olunan əlavə və dəyişikliklər dərhal Milli Məclisin gündəliyindən çıxarılmalıdır?. Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev qanuna təklif olunan əlavə və dəyişiklikləri ?siyasi qəsd? kimi qiymətləndirib: ?Bu dəyişikliklərin müəllifləri donor təşkilatlara öz güclərini göstərmək istəyirlər. Onlar açıq şəkildə deyirlər ki, siz bizə pul vermirsinizsə, biz də Azərbyacanda sizin fəaliyyət göstərməyinizə imkan vermirik. Qanunvericilik təşəbbüsü ilə çıxış edən deputatlarla QHT təmsilçilərinin görüşü təşkil olunmalıdr?. Respublikaçı Alternativ İctimai Birliyinin (REAL) həmsədri Erkin Qədirlinin çıxışı isə qalmaqala səbəb olub: ?Azay Quliyev deyir ki, biz bura bəyanat verməyə, müraciət imzalamağa gəlməmişik. Mən sizdən soruşuram: bizi bura niyə dəvət etmisiniz?? QHT Şurasının sədrinin cavabı isə belə olub: ?Siz məni deyil, mənim fikirlərimi müzakirə et?. Amma Erkin Qədirli opponentini cavabsız buraxmayıb: ?Sizin fikirlərinizlə bir aydır mətbuatda müzakirə olunur?. Erkin Qədirlinin cavabı qalmaqala səbəb oldu. Tədbirdə iştirak edən QHT rəhbərləri emosional şəkildə ona öz etirazlarını bildiriblər. Yalnız Azay Quliyevin müdaxiləsindən sonra sakitliyi bərpa etmək mümkün olub. Bundan sonra REAL İB-nin həmsədri İlqar Məmmədov, hüquq müdafiəçiləri Əvəz Həsənov, İradə Cavadova və başqaları çıxış edərək, qanuna təklif olunan əlavə və dəyişikliklərə öz etirazlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA