Bu gün ölkədə son yüz ilin ən anormal istiləri müzahidə olunacaq

img

25-06-2009 [05:18]


İyunun 26-27-də Respublika ərazisində son yüz ildə qeydə alınmamış anormal isti hava şəraiti müşahidə olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin Milli Hidrometeoroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, hazırda Respublika ərazisində anormal istilər müşahidə olunur: ?Gün ərzində paytaxtda 37-38 dərəcə istilər qeydə alınıb. Bu temperaturlar rekord göstəricilərdir. Son yüz illik müşahidə dövrünə nəzər salsaq ilin bu vaxtında bunlar rekord göstəricilərdir. İyunun 26 və 27-də Respublika ərazisində anormal istihava şəraitinin müşahidə olunması davam edəcək. Belə ki, bölgələrdə havanın temperaturu gündüz saatlarında 35-38 dərəcə olacaq. Hətta, Mərkəzi Aran rayonlarında 40 dərəcəyədək yüksələcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında temperaturun gecə saatlarında 37-38, bəzi yerlərdə 39 dərəcə olacağı gözlənilir?. A.Verdiyev həmçinin deyib ki, iyunun 27-si axşam saatlarından etibarən temperaturun aşağı düşəcəyi gözlənilir: ?Ayın 27-də Bakıda və Abşeron yarımadasında cənub küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, ayın 28-də şimal-qərb küləyinin müşahidə olunacağı gözlənilir. Arabir küləyin sürəti güclənəcək. Şimal-qərb küləyinin əsməsi ilə əlaqədar olaraq temperatur 3-5 dərəcə aşağı düşəcək. Ayın 28 və 29-u temperaturun 28-32 dərəcə olacağı proqnozlaşdırılır. Bölgələrdə isə 33-37 dərəcə isti olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA