Silahlı Qüvvələrin Yardım Fondunun vəsaiti 194 min manat artıb

img

25-06-2009 [12:37]


Bu ilin əvvəli ilə müqayisədə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsaitlərin həcmi bir qədər artıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abudulayevin Müstəqil Informasiya Agentliyinə verdiyi məlumata görə, 2009-cu il yanvarın 1-dək Fondun Azərbaycan manatı ilə açılmış bank hesabında 4110867 manat, ABŞ dolları ilə hesabında 92792 dollar, avro hesabına isə 594 avro vəsait olub. Hazırda isə bank hesabında 4305294 manat, 95792 dollar və 594 avro var. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Fondun maliyyə mənbələri respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır. Fondun əsasnaməsinə əsasən, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafı, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsi, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılması, hərbi texnika, silah və döyüş sursatı alınması, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılması, hərbçilərin sosial və məişət problemlərinin həlli məqsədlərinə yönəldilə bilər. Fondun hesabları Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialında açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA