Ramil Usubov Sumqayıtın polis rəisi Mehdi Hümbətovu vəzifədən uzaqlazdırdı

img

25-06-2009 [12:24]


[b]Polis rəisi ilə bərabər, bir neçə yüksək vəzifəli zabit də işini itirib[/b] Daxili işlər naziri Ramil Usubov Sumqayıt şəhər Polis İdarəsinin rəisi Mehdi Hümbətov tutduğu vəzifədən azad edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarından biri məlumat verib. Məlumatda M.Hümbətovla yanaşı, bir neçə polis zabitinin də işdən çıxarıldığı bildirilir: ?Polis rəisi Mehdi Hümbətovla bərabər, idarənin əməliyyat işləri üzrə rəis müavini Şirinəli Vəliyev, 2-ci polis bölməsinin rəisi Vahid Bayramov da tutduğu vəzifədən kənarlaşdırılıb?. Polis əməkdaşının sözlərinə görə, Sumqayıt şəhər Polis İdarəsində aparılan kadr dəyişikliklərinin səbəbi bir neçə gün öncə aparılan yoxlamalarla bağlıdır. Belə ki, yoxlamalar nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb. Məlumatda o da qeyd olunur ki, Sumqayıt şəhər polis idarəsinə hazırda Xızı rayon polis şöbəsinin rəisi işləyən Elmar Usubov rəis təyin ediləcək: ?Xatırladım ki, Elmar Usubov Xızıdan əvvəl Sumqayıtda bölmə rəisi olub. Yəni o, Sumqayıta yaxşı bələd olmaqla yanaşı, daxili işlər naziri Ramil Usubovun yaxın qohumudur?. Məsələylə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxladıq. E.Zahidov sualımıza cavabında ?Mənim bu barədə heç bir məlumatım yoxdur?- deyib. Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsindən isə bildirdilər ki, hazırda Mehdi Hümbətov idarədə deyil: ?Nazirin rəisimizi işdən çıxarıdığını dəqiq bilmirik. Amma o dəqiqdir ki, rəisi hazırda müavini Həsən Əsədov əvəz edir?. M.Hümbətovla telefon əlaqəsi yaratmaq istəsək də, o zənglərimizə cavab vermədi. Daha dəqiqi, Mehdi müəllim telefonunu koda qoyduğu üçün danışa bilmədik. Hüquq-mühafizə orqanlarından faktla bağlı aldığımız digər bir məlumatda isə yaxın həftələrdə Mehdi Hümbətovun Ədliyyə Nazirliyi sistemində işlə təmin edilə biləcəyi də iddia olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA