Azay Quliyev iyunun 25-də ?Park inn? də QHT rəhbərləri ilə görüzəcək

img

24-06-2009 [08:38]


QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev iyunun 25-də, saat 15-00-da ?Park İnn? otelində QHT rəhbərləri ilə görüşəcək. Bu məlumatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu verib. QHT-lər haqqında Azərbaycan Respublikasının qanununa təklif olunan dəyişikliklərin Milli Məclisdə müzakirəyə çıxarılması cəmiyyətdə geniş müzakirə olunduğunu söyləyən U.Rəhimoğlu A.Quliyevlə görüşün məğzi də elə qanuna edilən təkliflərlə bağlı olduğunu dedi: ?Bəz Milli QHT Forumuna daxil olan bir neçə Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri qanuna təkilf olunan dəyişiklikdən narahatıq. Ona görə də məsələni müzakirə etmək üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşmək qərarına gəldik. Azay müəllim də bu görüşün keçirilməsinə razılıq verdi və həmişə QHT rəhbərləri ilə görüşə hazır olduğunu dedi. Biz sabah birlikdə bu məsələni müzakirə edəcəyik. Tədbir hamı üçün açıqdır. Maraqlı QHT rəhbərləri də qatıla bilər.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA