Deputatlarla icra bazçılarının mübarizəsi bazlayıb

img

24-06-2009 [08:25]


[b]Bələdiyyə seçkilərinə start verilməsinin vaxtı yaxınlaşdıqca maraqlı qruplar arasında rəqabət daha da kəskinləşir [/b] İyunun 30-da Milli Məclisin növbədəkənar sessiyası da başa çatacaq və deputatlar istirahətə gedəcəklər. Şübhəsiz ki, imkanları və iqtidardakı mövqeləri güclü olan deputatlar bu yayı ölkə kənarında, bahalı kurotlarda keçirəcəklər. Amma rayonlardan seçilən bəzi deputatları bu yay daha gərgin mübarizə gözləyir. Buna əsas səbəb isə Milli Məclisin ölkədəki kiçik bələdiyyələri ləğv etməsidir. Rayonlardakı bələdiyyələrin sayının azalması, bu qurumlar uğrunda mübarizəni daha da şiddətləndirib. "Reytinq"ə daxil olan məlumata görə, hazırda bəzi deputatlarla icra başçıları arasında bələdiyyələr uğrunda mübarizə başlayıb: "Burada əsas problemlərdən biri birləşdirilən bələdiyyələrin sədrlərinin kim olacağı ilə bağlıdır. Bildiyiniz kimi, ləğv edilən bələdiyyələrin də sədrləri növbəti dəfə seçkiyə qatılaraq, qalib gələcəklərini iddia edirlər. Bunun üçün də onlar ya icra başçısının, ya da deputatların qapısını döyməli olacaqlar. Bunun nəticəsində isə bələdiyyələr uğrunda mübarizə indidən başlayıb". Düzdür, bələdiyyə seçkilərinə rəsmi şəkildə start verilməsinə 2 ay qalıb. Amma deputatlar öncədən tədbir görməyə məcburdurlar. "Onlar dəqiq bilirlər ki, icra başçıları bələdiyyələri tam şəkildə öz nəzarətində saxlayacaq. Bu isə bəzi deputatların seçki zamanı rayondakı dayaqlarına ciddi təsir göstərmiş olacaq. Bildiyiniz kimi, bələdiyyə üzvləri hər ay müəyyən qədər əməkhaqqı alır və onlar həmin deputatın təbliğatçısına çevrilirlər. İndidən 2010-cu ildəki parlament seçkisini düşünən həmin deputatlar bələdiyyələrə öz adamlarını yerləşdirməyə çalışırlar". Mənbənin dediyinə görə, belə davam edərsə, budəfəki bələdiyyə seçkisi həddən artıq gərgin keçəcək: "Lakin bunu bütün rayonlara şamil etmək olmaz. Elə rayon var ki, oradan seçilən deputat icra başçısının qarşısında söz deməyə cəsarət eləmir. Məsələn, Yevlaxda belə vəziyyət yaşanır. Amma bəzi rayonlarda vəziyyət başqadır. Yəni orada icra başçısı deputatdan qorxur. Hətta 2004-cü ildə bələdiyyələr uğrunda mübarizədə icra başçısının yaxın adamlarını silahla hədələyən deputatlar da olub. Bu dəfə isə vəziyyət daha gərgin ola bilər". İnformasiyalı şəxsin dediyinə görə, deputatların bu şəkildə bələdiyyələrə meyl göstərməsinin bir səbəbi də 2010-cu ildə parlamentin tərkibinin 70 fizinin yenilənəcəyi ilə bağlı ehtimallardır: "Passiv deputatlar mandatlarını itirməkdən ehtiyatlanırlar. Ona görə də yenidən deputat seçilmək üçün əvvəlcədən hazırlığa başlayıblar. Düşünürlər ki, yaxın ətraflarını rayonlardakı bələdiyyələrə yerləşdirsələr, parlament seçkisində imkanları daha yüksək olacaq. Bunun üçün də deputatlarla icra başçıları arasında gizli savaş başlayıb. Böyük ehtimalla sentyabr ayında da bu savaş açıq müstəviyə keçəcəkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA