?QHT-lər haqqında? Qanunun dəyizdirilməsi məsələsi müzakirə olunub

img

24-06-2009 [04:39]


?Qeyri hökumət təşkilatları haqqında? qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclisdə qaldırılan məsələ ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu gün Medi Mərkəzində keçirilən ?QHT-lər Haqqında Qanun layihəsinə dəyişikliklər edilməsi üçün MM-ə təqdim edilən əlavə və dəyişikliklər sənədi qəbul olunacağı təqdirdə QHT-lərin fəaliyyətinə necə təsir edəcək?? mövzusunda debat da bunun göstərdi. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, debatda müstəqil hüquqşünas Erkin Qədirli və QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov qarşı-qarşıya gələr fikir mübadiləsi aparıblar. S.Məmmədov bildirib ki, üzvü olduğu Şura tərəfindən ?QHT-lər Haqqında Qanun layihəsinə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanaraq MM-ə təqdim olunub. Nisbətən yumşaldılmış həmin təklifdə QHT-lərin xaricdən maliyyələşməsinə edilən qadağanın götürülməsi təklif olunub. Şura tərəfindən təkliflər Azərbaycanda Vətəndaş Cəmiyyətinin yaşamasını saxlaya bilər, bəzi hallarda isə vəziyyəti yaxşılaşdırar. Onun sözlərinə görə, Milli Məclisə təqdim olunan birinci variantın qəbul olunması QHT-lərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Hüquqşünas Elkin Qədirli isə nə Şuranın, nə də MM-ə təqdim olunan ilkin təkliflə razı olmadıqlarını deyib. Onun fikrincə, ilkin və nisbətən yumşaldılmış təkliflər QHT-lərə ziyandır. E. Qədirli qeyd edib ki, bu dəyişikliklər demokratik cəmiyyətin prinsiplərinə zidd dəyişiklikdir. Bununla toplaşmaq azadlığı, şəxsi məsuliyyət prinsipi pozulub, QHT-lərin coğrafi əhatə dairəsi dövlətin ərazi sahəsində fəaliyyət göstərməsinə gətirib çıxarır. ?Bu qanun tamamilə Milli Məclisin gündəliyindən çıxarılmalıdır. Biz danışıqlara hazırıq, ölkə prezidenti ilə də görüşüb məsələnin həll edilməsinə tərəfdarıq?-deyə o əlavə edib. Milli Məclisin qanunu qəbul edəcəyi halda, Konstitutsiya Məhkəməsinə, istənilən nəticə olmadıqda İnsan Haqları üzrə Avropa Məhkəməsində müraciət olunacağını deyən E. Qədirli Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin bu məsələdə geri çəkilmək fikrinin olmadığını vurğulayıb. Tədbirdə çıxış edən əksər QHT rəhbərləri bu dəyişikliklərin qəbul olunacağı təqdirdə vətəndaş cəmiyyətinin sıxışdırılacağını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA