Bakda 1000-ə yaxın sinif müəllimi ixtisar olunacaq

img

24-06-2009 [03:28]


Bakı şəhərinin orta ümumtəhsil məktəblərində təxminən 1000-ə yaxın ibtidai sinif müəllimi artıqdır və həmin müəllimlərin ixtisar olunacaqları gözlənilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması sektorunun müdiri Bəhman Nəbiyev məlumat verib. Sektor müdiri Nərimanov rayonu 36 saylı məktəbdə bir qrup ibtidai sinif və rus dili müəllimlərinin işdən azad olnacaqları barədə məktəb direktoru İradə Babayeva tərfindən paylanılmış bildirişlə bağlı sualları cavablandırarkən, onu da qeyd edib ki, müəllimlərin ixtisarının aparılması qaçılmazdır: ?Xüsusən də ibtidai sinfi müəllimləri ilə bağlı ciddi problemlər var.Uzun illərdən bəri ibtidai sinif müəllimlərinin işə qəbulu yığma kadrların hesabına həyata keçirilib. Bu baxımdan bu gün Bakı şəhərinin orta ümumtəhsil məktəblərində təxminən 1000 nəfərə yaxın ibitai sinif müəllimi artıqdır. Həmin müəllimlərin cəmi 5-6 iş saatı var. Bu isə müəyyən olunmuş normadan qat-qat aşağıdır. Bəzi hallarda bu, qanunvericiliyin müxtəlif tələblərinin pozulmasına gətirib çıxarır. Ona görə də belə olan halda məcburi surətdə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən müəyyən ixtisarlar aparılmalıdır. Hər halda tədris ilinin bu dövründə ixtisarların aparılması düzgün deyil. Ancaq onu deyim ki, ixtisar prosesinə başlamazdan iki ay əvvəl müəllimlərə xəbərdarlıq edilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA