Bu il bütün II sinif zagirdlərinə yeni dərsliklər paylanacaq

img

24-06-2009 [02:20]


Yeni dərs ilində II sinifdə oxuyacaq şagirdlərin bütün dərslikləri təzələnəcək. Təhsil Nazirliyi 2009-2010-cu tədris ilində II sinifləri yeni fənn kurrikumlarına uyğun dərslik komplektləri ilə təmin etmək istiqamətində tədbirlər həyata keçirir. Nazirliyin dərslik və nəşriyyat şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, yeni dərs ilinədək orta məktəblər üçün ümumilikdə 87 adda 4 milyon 256 min 600 nüsxə dərslik və müəllimlər üçün vəsait çap olunacaq. Həmin dərslik və vəsaitlərin sentyabrın 15-dək bütün orta məktəblərə çatdırılması planlaşdırılıb. Nazirlikdən bildirilib ki, 2003-2008-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun olmaqla 30 milyon nüsxə dərslik çap edilib. Xatırladaq ki, ötən il I siniflər yeni fənn kurrikumlarına uyğun dərslik komplektləri ilə təmin edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA