Sahil, Şıx və Novxanı çimərliklərinə getmək qadağan olunub

img

24-06-2009 [12:49]


Səhiyyə Nazirliyi Gigiyena və Epidimiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çimərliklərdə birgə keçirdikləri monitorinqlərin nəticələri bəlli olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Leyla Tağızadə məlumat verib. Onun sözlərinə görə, bir neçə çimərlikdə bağırsaq çöpləri aşkarlanıb və həmin çimərliklərə əhalinin getməsi qadağan edilib: ?Monitorinqlər nəticəsində Qaradağ rayonu Sahil çimərliyində, Səbail rayonu Şıx çimərliyində və Novxanı çimərliklərində bağırsaq çöplərinin normadan artıq olduğu məlum olub. Əhalinin həmin çimərliklərdən istifadə etməsi qadağan olunub. Naradaran, Pirşağı, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlan çimərliklərində isə vəziyyət qənaətbəxşdir. Əhali həmin çimərliklərdən istifadə edə bilər. Son iki il ərzində Şüvəlan və Mərdəkan çimərliklərindən istifadə qadağan olunsa da bu il həmin çimərliklərdə təmizləyici qurğular vasitəsilə suyun vəziyyəti yaxşılaşdırılıb?. L.Tağızadə həmçinin deyib ki, monitorinqlər mütəmadi olaraq keçiriləcək: ?Hər həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə bizim əməkdaşlar birgə monitorinqlər keçirəcək və nəticələr ictimaiyyətə açıqlanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA