Ermənistan silahlı qüvvələri atəzkəsi dörd istiqamətdə pozub

img

24-06-2009 [11:57]


Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozublar. Erməni ordusu iyunun 23-də saat 17.50-dən 17.53-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızıl Hacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 17.00-dan 17.30-dək və 18.45-dən 19.00-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 24-də saat 00.43-dən 00.48-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.00-dan 06.30-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA