Orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu bazladı

img

24-06-2009 [11:11]


İyunun 24-də Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu başlayır. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından mia.az-a verilən məlumata görə, sənəd qəbulu iyunun 24-dən iyulun 31-dək davam edəcək. Abituriyentlər sənədlərini aşağıdakı orta məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyalarında təqdim edə bilərlər: Binəqədi rayonu - 83,115, 297; Xətai rayonu - 95,55,249; Nəsimi rayonu - 19,46; Səbail rayonu - 190,49; Sabunçu rayonu - 107,75; Qarabağ rayonu - 139; Əzizbəyov rayonu- 136; Nizami rayonu- 210, 250; Nərimanov rayonu- 47, 178; Yasamal rayonu - 158, 225; Suraxanı rayonu - 85, 104 saylı məktəblər. Xarici dövlətlərin vətəndaşları sənədlərini TQDK-da yaradılmış SQK-da təqdim edəcəklər. Abituriyentlər SQK-lara əsas təhsil haqqında şəhadətnamənin əslini (əsas təhsil bazasından təhsili əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil adlıqları məktəbdən tam orta təhsil almadıqları haqqında arayışı), təhsil aldıqları məktəbdən əsas təhsil pilləsi üzrə şəhadətnamənin nömrəsi göstərilmiş fotoşəkil olan arayışı (arayışda fotoşəkil məktəbin möhürü ilə təsdiqlənir), doğum haqqında şəhadətnamənin əslini (2009-cu il iyunun 15-dək 16 yaşına çatmış gənclər şəxsiyyət vəsiqəsini), yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil (ağ fonda) təqdim etməlidirlər. Qeyd edək ki, orta ixtisas təhsili məktəblərində təhsil almaq üçün 46 dövlət, 1 özəl ixtisas məktəbində 9 min 516 plan yeri ayrılıb. Bu yerlərdən 5 min 652-si ödənişsiz, 3 min 864-ü ödənişlidir. Azərbaycan bölməsi üçün 9 min 212, rus bölməsi üçün 222 yer, birgə müsabiqə üzrə isə 82 plan yeri ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA