ilham Əliyev bu gün Serbiyanın xarici izlər nazirin bazçılıq etdiyi nümayəndə heyətini qəbul edib

img

23-06-2009 [05:55]


Prezident İlham Əliyev bu gün Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini bundan sonra da dəstəkləyəcəyini də vurğulayıb. Ölkələrimiz arasında münasibətlərin sürətli inkişafının zəruri olduğunu deyən dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Serbiyanın xarici işlər nazirinin Azərbaycana səfəri bu istiqamətdə atılan mühüm addım olacaqdır. Münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyini nəzərə alsaq bu sahədə əməkdaşlıq, əlaqələrimizin daha da genişlənməsi üçün möhkəm əsas yaradır. Dövlətimizin başçısı təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni və digər sahələrdə məhsuldar əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi istiqamətində konkret addımların atılacağını vurğuladı və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Bakıda, Xarici İşlər Nazirliyində aparılan danışıqlara toxunan qonaq dedi ki, biz siyasi sahədə uğurla inkişaf edən əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyi barədə yekdil qərara gəldik. Bakıya gəlməzdən əvvəl ölkəsinin Prezidenti ilə söhbət etdiyini bildirən xarici işlər naziri Vuk Yeremiç qeyd etdi ki, Serbiya rəhbərliyi Azərbaycan ilə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, habelə beynəlxalq əməkdaşlıq sahəsində sürətlə inkişaf etməsində maraqlıdır. Nazir əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA