Kənd Təsərrüfatı Nazirliyindəki boz vəzifələri tutmaq üçün müsabiqə elan edilib

img

23-06-2009 [04:29]


Kənd Təsərrüfatı Nazirliyi bu qurumdakı vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edib. Nazirliyin kadrlarla iş şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müsahibədə iştirak etmək üçün sənədlər bu gündən başlayaraq iyulun 6-dək qəbul ediləcək. Müsabiqədə aşağı inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəsəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Müsabiqə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə yararlılığı müəyyən ediləcək. Müsahibəyə nazirlikdə iki sektor müdiri vəzifəsi çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA