Azərbaycanda havanın temperaturu təhlükəli həddə yüksələcək

img

23-06-2009 [04:24]


Qarşıdakı üç gün ərzində ölkə ərazisində kəskin istilər müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, bu gün Bakı və Abşeron yarımadasında gündüz 32-36 dərəcə isti müşahidə olunub. İyunun 24-26-də paytaxtda gündüz temperaturun 37 dərəcəyə yüksələcəyi proqonozlaşdırılır. Milli Hidrometeorologiya Departamentinin meteoroloqları yaxın üç gündə Azərbaycanın bəzi rayonlarında istilərin 38 dərəcəyədək yüksələcəyini ehtimal edirlər. Qeyd edək ki, şərq təqviminə görə, iyunun 21-dən ölkəmizin ərazisində yay fəsli başlayıb. Buna görə də, kəskin istilər bundan sonra müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyul ayında havanın temperaturunun 40 dərəcədən yuxarı olacağını proqnozlaşdırır. Milli Elmlər Akademiyası Radiasiya Pproblemləri İnstitutundan Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, qarşıdakı günlərdə temperaturun yüksəlməsi radioaktiv şüalanmanın insan orqanizminə təsirin gücləndirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA