çingiz Qənizadə QHT-lərin icazəsiz aksiya keçirməsinə tərəfdar deyil

img

23-06-2009 [03:52]


Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi ?Qeyri-Hökumət Təşkilatları haqqında? Qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərə etiraz olaraq iyunun 30-da Milli Məclisin binası qarşısında növbəti etiraz aksiyası keçirməyi planlaşdırır. Verilən məlumata görə, əgər aksiyaya icazə verməsə, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) məhkəməyə veriləcək. Azərbaycan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, BŞİH aksiyaya icazə verməsə, qanunsuz addım atmağa dəyməz: ?Hesab edirəm ki, BŞİH növbəti aksiyaya da icazə verməyəcək. Bu isə müsbət hal sayılmır. Təşkilatların öz fikirlərini ifadə etmək üçün etiraz aksiyaları keçirmələrinə icazə verilməlidir. Təşkilatlar sivil formada mübarizə aparmalıdırlar. Məhkəməyə vermək isə sivil formada mübarizə aparmağın bir yoludur. Amma inanmıram ki, məhkəmə ədalətli qərar çıxarsın. Çünki bugünki məhkəmə hakimiyyətində olan hakimlərin heç biri Bakı şəhər İcra Hakimiyyətinin əleyhinə qərar çıxarmaq iqtidarında deyillər?. Ç.Qənizadə deyib ki, o da qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin tərəfdarı deyil. ?Heç olmasa, xırda dəyişikliklər edilsə, ?məsələnin müsbət həllinə nail olunub?,- demək olar. Hər halda nə qədər ki, layihə gündəmdən çıxarılmayıb, deməli, təhlükə mövcuddur və sivil formada etirazlar bildirilməlidir?,- deyən hüquq müdafiəçisi bildirib ki, əgər BŞİH aksiyaya icazə verməsə, qanunsuz addım atmağa dəyməz. Ç.Qənizadə iyunun 30-da keçirilməsi nəzərdə tutulan aksiyada iştirak edə bilməyəcəyini də söyləyib: ?İyunun 26-dan etibarən bir həftə müddətində Bakı şəhərində olmayacam. Ona görə də növbəti aksiyada iştirak edə bilməyəcəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA