Azərbaycanın QHT rəhbərləri Avropaya yola düzür

img

23-06-2009 [03:04]


Hüquq müdafiəçiləri ?Qeyri-Hökumət Təşkilatları haqqında? Qanuna nəzərdə tutulan əlavə və dəyişiklikləri müzakirə etmək üçün bu gün Strasburqa gedirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. N.Cəfəroğlunun sözlərinə görə, səfərdə sözügedən məsələylə bağlı iradlarını bildirən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcəklər: ?Səidə Qocamanlı, Səadət Bənənyarlı və mən, Strasburqa səfərimiz zamanı qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə edəcəyik?. N.Cəfəroğlu deyib ki, Avropa Şurasının QHT-lərlə bağlı komisiyyası hələ bir il əvvəl Azərbaycana xəbərdarlıq etmişdi. Çünki onlar düşünürmüşlər ki, ölkədə fəaliyyət göstərən QHT-lərə kifayət qədər sərbəstlik verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA