Abituriyentlər attestatlarını müvafiq komissiyalara təqdim edəcəklər

img

23-06-2009 [02:32]


?İmtahan öncəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Sənəd Qəbulu komissiyalarına buraxılış vərəqələri təqdim olunacaq?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə ali və orta ixtisas məktəbləri üçün keçiriləcək test imtahanlarına münasibət bildirərkən məlumat verib. Onun sözlərinə görə, hər bir abituriyent müvafiq sənədlərini təqdim etməklə öz elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi əldə edəcək: ?İmtahana buraxılış vərəqəsində abituriyentin hansı binada və nə zaman imtahan verəcəyi göstəriləcək?. E.Nağızadənin dediyinə görə, bu ilki abituriyentlər sənəd qəbulu zamanı attestat təqdim etməyiblər. Çünki onlar hələ attestat almayıblar. ?Bildiyiniz kimi, 11-ci siniflərin buraxılış imtahanları artıq sona çatıb və cari ilin məzunlarına attestatlar təqdim olunacaq. Attestat alan məzunlar öz elektron ərizələrinə daxil olub, attestat qiymətlərini saytdakı müvafiq bölmələrə yazacaqlar. Buraxılış vərəqəsini aldıqları zaman isə attestatlarını Sənəd Qəbulu Komissiyasına təqdim edəcəklər?,-deyən mətbuat katibi, yalnız attestat təqdim edən abituriyentlərə buraxılış vərəqəsinin veriləcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA