ANAMA Qaradağda minatəmizləmə əməliyyatı keçirəcək

img

23-06-2009 [12:41]


Sabah ANAMA Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirdiyi minatəmizləmə əməliyyatları barədə brifinq verəcək və eyni zamanda qeyd olunan ərazidən tapılmış sursatların zərəsizləşdirilməsi əməliyyatını yerinə yetirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, 1990-cı ilin əvvələrində Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində keçmiş Sovet Ordusuna məxsus poliqonun ərazisində yerləşən sursat anbarlarında baş vermiş yanğın və partlayış nəticəsində sursatlar ətrafa səpələnərək yerli əhali üçün ciddi təhlükə yaradıb. Qeyd olunan ərazi təhlükəli ərazi kimi qiymətləndirilmiş və Azərbaycan Hökümətinin tapşırığı ilə cari ilin iyun ayından ANAMA həmin poliqonun ərazisində təmizləmə əməliyyatlarına başlayıb. Agentlik tərəfindən Güzdək qəsəbəsində 22 anbardan ibarət olan, partlamamış hərbi sursatlarla çirklənmiş 400,000 kv metrlik ərazidə təimzləmə əməliyyatlarının aparılması nəzərdə tutulur. Əməliyyatlara Agentliyin minatəmizləmə və partlamamış hərbi sursatlar üzrə əməliyyat qrupu cəlb olunmaşdur. Ərazidə tapılmış sursatların zərərsizləşdirilməsi əməliyyatları həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA