Helikopter çatızmazlığı Azərbaycan neftçilərinin problemini artırıb

img

22-06-2009 [06:21]


?bp-Azərbaycan? şirkətində helikopter çatışmazlığı səbəbindən problem baş verib. Şirkətin platformalarda çalışan fəhlələrinin bu səbəbdən tətilə hazırlaşmasına münasibət bildirən Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, helikopter çatışmazlığı səbəbindən yaranan problemlə bağlı bir neçə dəfə şirkətə müraciət edib. Amma şirkət müxtəlif bəhanələrlə onların suallarına cavab verməkdən boyun qaçırıb: ?Təşkilatımız düşünür ki, fəhlələrin bu qədər zaman müddətində helikopterlə deyil, gəmilərlə yol getməsi onların sağlamlığına ciddi ziyan vura bilər. Bu, həm də onların normal işləməsinə təsir edir. Şirkətdən bildirilir ki, ?bp-Azərbaycan? yüksək sürətlə hərəkət edə bilən gəmilər almaq fikrindədir. Bizə daxil olan başqa bir informasyaya görə isə şirkət helikopter almaqda çətinlik çəkir. Ümumiyyətlə, ölkədə helikopter çatışmazlığı var?. M.Qəhrəmanlının sözlərinə görə, ?Azərbaycanın böhran şəraitində olmasına baxmayaraq, hazırda bəzi nazir və yüksək vəzifəli şəxslərin əksəriyyətinin helikopteri var. ?bp? şirkəti isə əsaslandırmağa çalışır ki, təhlükəsizlik baxımından gəmilərə üstünlük verilir. Bu, inandırıcı deyil və qeyri-real görünür. Əks təqdirdə yüksək vəzifə sahibləri ölkədaxilində helikopterə üstünlük verməzdilər?. M.Qəhrəmanlı həm də deyib ki, etiraz aksiyası keçirmək istəyən fəhlələr hələ də onlara müraciət etməyiblər. ?Biz isə mətbuat vasitəsilə bildirimişik ki, onlara köməklik göstərə bilərik. Çünki onların hazırki tələbləri irəli sürməyə haqqı var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA