Prezident Teleqüllə kompleksinin əsaslı bərpa və yenidənqurma izlərindən sonrakı vəziyyəti ilə tanız olub

img

20-06-2009 [09:28]


Prezident İlham Əliyev iyunun 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib. İlham Əliyev Teleqüllə kompleksinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendlə tanış olub. Sonra ölkə başçısı və xanımı qüllənin 27-ci mərtəbəsində, yerdən 175 metr hündürlükdə olan döşəməli restorana baxıblar. Bildirilib ki, ümumi sahəsi 330 kvadratmetr olan restoranın yükgötürmə qabiliyyəti 15 tondur. Restoranın zalında eyni vaxtda yüz nəfərə xidmət göstərilə bilər. Burada hər şey zövqlə quraşdırılmışdır və xidmət ən yüksək standartlar səviyyəsindədir. Zal 1 saat 10 dəqiqə müddətində bir dəfə dövrə vuraraq şəhərin və Xəzər dənizinin gözəl mənzərəsi ilə bura gələnləri valeh edir. Burada paytaxt sakinlərinin, eləcə də qonaqların istirahəti üçün lazım olan hər cür şərait yaradılıb. Görülən işlər və yaradılan şəraitlə bağlı İ.Əliyevə ətraflı məlumat verilib. Tanışlıqdan sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva buradan şəhərin mənzərəsini seyr ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA