Paytaxtda taksilərlə bağlı yeni reydlərə bazlanılacaq

img

20-06-2009 [03:05]


Bakıda sərnişin nəqliyyatı sahəsində islahatların davam etdiriləcəyini bəyan edən Nəqliyyat Nazirliyi yaxın vaxtlarda taksi xidməti ilə bağlı yeni reydlər keçirəcək. Reydlərin keçirilməsində məqsəd avtobus dayanacaqlarını taksilərdən təmizləməkdir. Nəqliyyat Nazirliyi ?Bakısərnişinnəqliyyatı? MMC-nin mətbuat katibi Samir Həsənov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, mövcud qaydalara görə taksilər avtobus dayanacaqlarından minimum 15 metr kənarda dayanmalıdır. Amma müşahidələr bunun əksini göstərir. S.Həsənov deyib ki, marşrutlara buraxılan iritutumlu avtobuslar sərnişin götürmək və ya düşürmək üçün dayanacaqlara girib-çıxa bilmir. Taksilər dayanacaqları zəbt etdiyindən avtobuslar hərəkət istiqamətində ikinci yol xəttində dayanmalı olur ki, bu da yollarda tıxaclar yaradır. Növbəti həftədən taksilərin avtobus dayanacaqlarında dayanmasına icazə verilməyəcək. Nəqliyyat Nazirliyinin hesablamalarına görə, hazırda Bakı şəhərində 5 minə yaxın taksiyə tələbat var. Müşahidələr isə paytaxtda taksi xidməti göstərən avtomobillərin tələbatdan çox olduğunu göstərir. Nəqliyyat Nazirliyinin rəmiləri 2010-cu ilədək taksi xidməti sahəsində ciddi qayda-qanunun yaradılacağını bildirirlər. Taksilər üçün Bakı şəhərində 134 xüsusi dayanacaq yaradılacaq. Artıq onların 35- hazırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA