Təhsil Nazirliyində buraxılız imtahanları ilə bağlı apellyasiya komissiyası yaradılıb

img

20-06-2009 [03:00]


Təhsil Nazirliyinin iyunun 3-dən 16-dək keçirdiyi orta təhsil kursu üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb. Bəzi məzunlar və valideynlər orta məktəblərdə keçirilən test imtahanlarının qanunsuzluqlarla müşayiət olunduğunu iddia edirlər. Təhsil Nazirliyinin mətbuat katibi Bayram Hüseynzadə Müstəqil İnformasiya Agentliyinə bildirib ki, kimin imtahanlarla bağlı şikayəti varsa, bu barədə yazılı müraciət etməlidir. O, iyunun 22-dən 30-dək Təhsil Nazirliyində apellyasiya komissiyasının fəaliyyət göstərəcəyini deyib. Qeyd edək ki, orta məktəblərdə buraxılış imtahanlarının nəticələrinə görə attestata yazılacaq yekun qiymətlər bu gündən Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA