Azay Quliyev: ?QHT Şurasının büdcəsi 15 milyon manata qaldırılmalıdır?

img

19-06-2009 [09:15]


?Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ?QHT-lər haqqında? qanunvericiliyə təklif edilən əlavə və dəyişikliklərlə bağlı özünün rəyi var?. Bu fikri jurnalistlərin suallarını cavablandıran Şura sədri, millət vəkili Azay Quliyev səsləndirdi. Onun sözlərinə görə, təklif olunan dəyişiklikləri birmənalı qiymətləndirmək mümkünq deyil. Əsas QHT-lər üçün bu vaxta qədər yaradılan şəraitn bundan sonra da davam etdirilməsidir: "Qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilsin. Bütün maddələrin hamısının antidemokratik olduğunu, QHT-lərin işinə tam mane yaratdığını demək düz deyil. Eyni zamanda, oradakı müddəalar indiki qəbul edilsə, QHT sektorunun zərər çəkməyəcəyini demək özü də yalnışlıqdır. QHT-lərin filiallarının yaradılması, audit xidmətinin aparılması, onların əldə etdiyi gəlirlərin 50 faizindən çoxunun kommersiüa fəaliyyətindən toplandığı halda, avtomatik olaraq kommersiya təşkilatına çevrilməsi barədə müddəalar bizim tərəfimizdən narahatlıq doğurur". Şura sədri onu da bildirdi ki, bunlara baxmayaraq, layihədə Azərbaycanın dövlətçiliyi, şəffaflığın qorunması, təhlükəsizlik barədə olan müddəalar təqdirəlayiqdir. A.Quliyev təmsil etdiyi qurumun rəyindəki bəzi məqamları da açıqlayaraq vurğuladı ki, onlar xarici mənbələr hesabına QHT-lərin əmlakının 50 faiz yox, 80 faiz formalaşdırılmasına tərəıdardırlar. İkinci yol isə Dövlət Dəstəyi Şurasının büdcəsinin 15 milyon manata çatdırılmasıdır. Çünki Azərbaycandakı QHT-lərin ümumi fondu təxminən 20 milyon manat təşkil edir. Bütün xarici dövlətlərdə QHT-lərin illik büdcəsinin 50 faizi dövlət, 30-40 faizi özəl sektor, 10-20 faizi isə xarici donorlar hesabına formalaşır: "Biz hələ buna hazır deyilik. Birdən-birə 50 faizlik kvotanın tətbiqi QHT-lər üçün çox böyük problemlər yaradar" Millət vəkili mütərəqqi dəyişikliklər sırasında QHT-lərin dövlət adından istifadəsinə qadağa qoyulmasını dilə gətirdi və bildirdi ki, dünyada heç bir QHT dövlətin adından istifadə etmir: "Digər müsbət dəyişiklik isə şəffaflığın qorunması üçün QHT-lərin əldə etdikləri qrantlarla bağlı müvafiq icra strukturuna məlumat verməsi ilə əlaqədardır. 2006-cı ilin məlumatına görə, 300 QHT maliyyə əməliyyatı həyata keçirib. Onlardan yalnız 33-ü Ədliyyə Nazirliyinə müvafiq sənəd təqdim edib". Şura sədri müvəqqəti yaradılan koalisiya və birliklərlərin gələcək taleyinə də toxundu. Bildirdi ki, əgər bu birliklər müvəqqəti hal üçün yaradılırsa, sonra həmin şəxslər bu sahəni tərk edirsə, qeydiyyat könüllü olmalıdır. Əks təqdirdə bu sərbəsmt birləşmək haqqında qanun və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir. A.Quliyev nəzərdə tutulan dəyişikliklərdə məhkəmə qərarı ilə ləğv olunmuş QHT təsisçilərnin bu sahədə 5 il çalışmasını nəzərdə tutan qərar çıxarmasının da çox ağır şərt olduğunu söylədi. Onun sözlərinə görə, bu müddət iki ilə endirilməlidir. Çünki Dövlət Dəstəyi Şurasının əsasnaməsində də hansısa QHT əəzalandırılsa, onun 2 il müddətinə bu qurumdan qrant almaq hüququ ləğv edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA