Sərhəddə atızma: bir əsgərimiz zəhid oldu, bir zabit yaralandı

img

19-06-2009 [09:09]


İyunun 18-də saat 22:00 radələrində Cəlilabad rayonu ərazisindəki sərhəd keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə İran- Azərbaycan sərhədini keçmək istəyən 5 qaçaqmalçı arasında silahlı toqquşma olub. Nəticədə Samux rayon Əhmədbəyli kəndindən hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü əsgər İskəndərov Elton Xaləddin oğlu şəhid olub. Bu haqda Lent.az-ın Gəncəbasar müxbirinə Samux rayon hərbi komissarlığından məlumat verilib. Mənbə bildirib ki, qaçaqmalçıların hamısı azərbaycanlı olub. Qaçaqmalçılar əmrə tabe olmadıqları üçün sərhədçilərimiz onlara atəş açıblar. Nəticədə onlardan 2 nəfəri öldürülüb, 3 nəfəri isə həbs edilib. Sərhədi pozanlardan biri İskəndərovun açdığı atəş nəticəsində öldürülüb. Qaçaqmalçıların atdığı qumbara nəticəsində isə əsgərimiz şəhid olub. Adı açıqlanmayan bir zabit isə yaralanıb. Qeyd edək ki, Elton İskəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Yaxınları bildiriblər ki, şəhid əsgər bu gün torpağa tapşırılıb. ?Ganca.az? saytında isə məlumat verilib ki, Cəlilabad ərazisində hərbi xidmətdə olan əsgər Elton Xaləddin oğlu İsgəndərov ?Meşə qardaşları? terror təşkilatının üzvləri sərhədimizi keçmək istəyərəkən başlanan vuruşma zamanı həlak olub. Sərhədi keçməyə cəhd edən ?Meşə qardaşları? terror təşkilatının yaraqlıları ilə atışma zamanı iki nəfər zabitimiz yaralanıb, Elton İsgəndərov isə aldığı güllə yarasından keçinib. Terrorçulardan isə bir nəfər elə E.İsgəndərov tərəfindən məhv edilib, 3 nəfərsə yaxalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA