Bakı Şəhəri üzrə Təhsil idarəsi attestatların rüzvətlə verilməsi barədə deyilənləri inkar edir

img

19-06-2009 [03:54]


?İmtahanlarda neqativ halların aşkarlanması, rüşvət hallarının olması ilə bağlı fikirləri yayanlar əslində öz biliklərinə, savadlarına əmin olmayan insanlardır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı ?21-ci Əsr? Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, imtahanların gedişində heç bir neqativ hal aşkarlanmayıb: ?Nəticələr iyunun 21-də Təhsil Nazirliyinin İnternet saytında yerləşdiriləcək. Hər bir şagird öz kodunu daxil etməklə nəticələri haqda məlumat ala biləcək. İmtahanların gedişində də hansısa neqativ hal aşkarlanmayıb. Bakı şəhərində 75 imtahan mərkəzi yaradılmışdı. Bu il imtahanlarda bir sıra yeniliklər tətbiq olunmuşdu. Yeniliklər sırasında ən önəmlisi şagirdlərin hər biri üçün fərdi test variantının hazırlanması oldu. Hər sinifdə 18 şagird oturmuşdu. Bu minvalla paytaxtda təxminən 24600 şagird imtahanda iştirak edib. 900 nəfər isə qeyri-kafi qiymət aldığı üçün imtahanlara buraxılmadı. Digər bir yenilik isə hər bir imtahan mərkəzinə 1 rəhbər və 5 nəzarətçi təyin olmuşdu. Qadağan olunmasına baxmayaraq şagirdlər özləri ilə mobil telefon da aparmışıdlar. Təbii ki, həmin telefonlar geri qaytarılmaq şərtilə onlardan müsadirə olundu. İyunun 22-dən etibarən paytaxt məktəblərində imtahandan keçən məzunlara attestatların verilməsi prosesinə start veriləcək. İyun ayıının 22-dən 30-dək apellyasiya komissiyası fəaliyyət göstərəcək. İmtahanlardan narazı olan istənilən şagird bura müraciət edə bilər. Ümid edirik ki, 8 gün ərzində attestatlar sahiblərinə çatdırılacaq və tələbə qəbulu ilə bağlı heç bir problem yaşanmayacaq. Ötən il Bakının məzunlarından 93 faiz attestat ala bilmişdi. Düşünürük ki, bu il həmin faiz bir qədər yüksək olacaq?. Z.Əliqızı deyib ki, rüşvət faktorundan söhbət belə gedə bilməz: ?Şagirdlər öz məktəblərində yox, tanımadıqları məktəbdə, onlara yad olan bir mühitdə imtahan veriblər. Nəzarətçilərsə qeyri-fənn müəllimləridir. Düşünürük ki, neqativ halların, rüşvət faktorunun olması ilə bağlı fikirləri formalaşdıran şəxslər əslində öz biliklərinə, savadlarına əmin olmayan insanlardır. Əslində, mərkəzləşdirilmiş imtahanlar məhz bu cür xoşagəlməz halların qarşısını almaq üçün tətbiq olunub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA