Yasamal rayon Məhkəməsi SMDT-nin sənədlərini ikinci dəfə geri qaytardı

img

19-06-2009 [03:43]


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) 9 iyun 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ?Qeyri-hökümət təşkilatının dövlət qeydiyaytına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması?na dair Yasamal rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsi həmin məhkəmənin 16 iyun 2009-cu il tarixli qərardadı ilə növbəti dəfə geri qaytarılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, SMDT qeydiyyatı 14 may 2008-ci ildə Xətai rayon məhkəməsi tərəfindən ləğv edilən Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən 1 dekabr 2008-ci ildə yaradılıb və 2 fevral 2009-cu ildə qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi SMDT-ni qeydiyyata almaqdan imtina etdiyinə görə təsisçilər məhkəməyə müraciət ediblər. Yasamal rayon Məhkəməsi isə səbəb kimi məhkəməyə iddiaçı tərəfinin iddia tələblərini sübüt etmək üçün təqdim etdiyi sənədlərin natarariusda lazımi qaydada təsdiq olunmuş surətinin göndərilməməsi göstərilib. SMDT hesab edir ki, Yasamal rayon Məhkəmsi bu qərardadı ilə qanunvericiliyin normalarını kobud surətdə pozub. Belə ki, Mülki Prosessual Məcəllənin məhkəmə qərardadında istinad olunan maddəsində məhkəmənin əsaslandırdığı hallara rast gəlinməyib. Digər tərəfdən Ədliyyə Nazirliyinin rəsmi məkturlarının nataraiusda təsdiq edilməsi qanunvericiliyə uyğun deyil. Həmçinin mövcud praktikada belə hallara rast gəlinməyib. SMDT nümayəndəsi İntiqam Əliyev bildirib ki, məhkəmənin birinci dəfə iddia ərizəsini geri qaytaran zaman məhz bu halları da qüsur kimi göstərməməsi, məhkəmələr tərəfindən sürndürməçilk və işə baxılma müddətinin uzadılması ilə izah oluna bilər. Xatırladaq ki, birinci dəfə SMDT-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ?Qeyri-hökümət təşkilatının dövlət qeydiyaytına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulmasına dair? 13 may 2009-cu il tarixində Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. İddia ərizəsi Yasamal rayon Məhkəməsinin 25 may 2009-cu il tarixli qərardadı ilə geri qaytarıldı. Səbəb kimi SMDT tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənədin əslinin iddia ərizəsininə əlavə edilməməsi göstərildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA