Məleykə Abbaszadə yeni qəbul olunan ?Təhsil haqqında? qanunundan razıdır

img

19-06-2009 [03:01]


?Milli Məclisdə ?Təhsil haqqında? Qanunun bu səviyyədə qəbulu bizi qane edir?. Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlama verərkən deyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Abbaszadə TQDK tərəfindən irəli sürülən təkliflərin əvvəlcə nəzərə alınmadığını, lakin sonradan bu məsələnin həllini tapdığını vurğulayıb: ?Şəmsəddin Hacıyev bu gün verdiyi arayışda bizim rəyimizin nəzərə alındığını deyib. Bizim bütün təkliflərimiz qanunda əksini tapıb. ?Təhsil haqqında? yeni qanun bizi qane edir?. M.Abbaszadə TQDK-nın qanun layihəsinin üç maddəsinin dəyişdirilməsi ilə bağlı təklifinə də münasibət bildirib. Onun sözlərinə görə, bunlardan ikisi nəzərə alınıb, üçüncüsü isə redaktə xarakterlidir. Qanun layihəsində medallarla bağlı heç bir məsələnin nəzərdə tutulmadığını qeyd edən M.Abbaszadə builki qəbul qaydalarında heç bir dəyişikliyin olunmayacağını deyib: ?Bu qaydalar yanvar-fevral aylarında elan olunub, qəbul da o qaydada keçiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA