çimərliklərdə bədbəxt hadisələrin sayı artıb

img

19-06-2009 [02:18]


Çimərlik mövsümünün başlanmasından keçən az vaxt ərizində sahilyanı istirahət zonalarında xeyli bədbəxt hadisə baş verib. Çimərliklərdə davranış qaydalarına əməl etməyən və xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymayanların bəziləri xilas edilsədə, boğulub ölənlər də var. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, bu ilin iyun ayı ərzində respublikanın çay, göl və Xəzər dənizindəki çimərliklərdə çimərkən boğulma təhlükəsilə üzləşən 3 nəfərin həyatı xilas edilib. Dövlət Sularada Xilasetmə Xidmətinin xilasediciləri iyun ayının ötən müddətində sulardan 4 nəfərin cəsədini çıxarıblar. Bədbəxt hadisələr Yuxarı Şirvan, Samur-Abşeron su kanallarında, Kür çayında, Abşeron ərazisindəki göldə və Xəzər dənizindəki çimərlik ərazilərində, eləcə də bu su hövzələrinin çimməyin qadağan olunan yerlərində baş verdiyi bildirilib. Ümumilikdə bu ilin ötən dövrü ərzində su hövzələrindən 14 nəfərin cəsədi çıxarılıb, xilasedicilər 12 nəfərin həyatını xilas ediblər. Dövlət Sularda Xilasetmə Xidmətinin məlumatına görə, ötən il xilasedicilər ümumilikdə 369 nəfərin həyatını xilas ediblər, 60 nəfər isə sularda boğularaq ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA