?Təhsil haqqında? Qanun Milli Məclisdə səsçoxluğu ilə qəbul olundu

img

19-06-2009 [01:44]


Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasına çıxarılan ?Təhsil haqqında? qanun layihəsi üçüncü oxunuşdan sonra səsçoxluğu ilə qəbul olunub. Sözügedən qanunla bağlı millət vəkillərinə məlumat verən Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, daha sonra bir neçə millət vəkili qanun layihəsi il bağlı fikirlərini bildirib. Amma layihə geniş müzakirə olunmadan səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə görə, ?Təhsil haqqında? Qanun 107 nəfər lehinə, 3 nəfər əleyhinə olmaqla qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA