iyunun 21-i magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək

img

19-06-2009 [01:02]


Bu gün Tələbə Qəbulu uzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Namiq Babayev deyib ki, TQDK 2009-cu il iyunun 21-də Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsini keçirir: ?Bakalavr üzrə imtahan 2009-cu il iyunun 8-13 də keçirilmişdir. İxtisas seçimində 3 may 2009-cu il tarixində keçirilmiş imtahanın birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, İnformatika üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar iştirak ediblər?. N.Babayevin sözlərinə görə, bu hüquqa malik olan 6383 bakalavrdan 6148 nəfəri ?Bakalavrın elektron ixtisas seçimi ərizəsi? formasını təsdiq ediblər: ?Sənəd verənlərdən 5144 nəfəri Azərbaycan bölməsinin, 1004 nəfəri isə rus bölməsinin məzunudur. Onlardan 2991 nəfərini oğlanlar, 3157 nəfərini isə qızlar təşkil edir. 4227 nəfər ali məktəblərin bu ilki, 1921 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 45 nəfəri xarici ölkə vətəndaşıdır. 523 bakalavr isə ali məktəbləri fərqlənmə diplomu ilə bitirənlərdir. Ən yaşlı bakalavr 24.09.1968-ci il, ən gənc isə 25.09.1990-cu il təvəllüdlüdür?. Qeyd edək ki, bu il respublikanın 33 ali məktəbinin magistr pilləsinə qəbul imtahanları keçirilir. Onlardan 24-ü dövlət, 9-u isə özəl ali məktəblərdir. Cari ildə ümumi qəbul planı 5168 yerdən ibarətdir. Azərbaycan bölməsi üzrə 3720 yer, rus bölməsi üzrə 753 yer, birgə müsabiqə aparılan ixtisaslar üzrə 695 yer ayrılmışdır. Baklavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA