Keçirilən monitorinqlərin nəticələri yaxın günlərdə açıqlanacaq

img

19-06-2009 [12:33]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi son beş ay ərzində keçirilən monitorinqlərin nəticələrini bu günlərdə açıqlayacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, monitorinqlər bütün ölkə ərazisini əhatə edib: ?Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cari ilin yanvar-may ayları ərzində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədiylə monitorinqlər keçirib. Monitorinqlər artıq yekunlaşıb və bu günlərdə nəticələr barədə ictimaiyyətə məlumat veriləcək?. Ölkə ərazisində ağacların kəsilməsi ilə bağlı keçirilən monitorinqlərə gəlincə, İ.İbrahimova deyib ki, monitorinqlər davam edir və nəticələrin nə zaman ictimaiyyətə açıqlanacağı hələlik bəlli deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA