Polislər QHT-lərin etiraz aksiyasını dağıdıb, jurnalistlərin pezə fəaliyyətinə mane oldular

img

19-06-2009 [12:18]


[/center] Qeyd edək ki, Bakı şəhər baş polis idarəsinin rəis müavini Yaşar Əliyev də aksiya keçirilən ərazidə olub. Aksiyanın keçirilməsinə imkan verməyən polis əməkdaşları bəzi QHT rəhbərlərini saxlayıblar. Aksiya iştirakçıları "Sərbəst toplaşmaq azadlığını tanıyın", "Söz azadlığını tanıyın" şüarlarını səsləndiriblər. Aksiyanın sonunda iki nəfər QHT nümayəndəsi qətnaməni Milli Məclisə təqdim etmək üçün binanın qarşısına buraxılıblar. [center][lib]2010/qht-ak-2.jpg[/lib][/center] [center][lib]2010/qht-ak-3.jpg[/lib][/center] [center][lib]2010/qht-ak-4.jpg[/lib][/center] [center][lib]2010/qht-ak-5.jpg[/lib][/center] [center][lib]2010/qht-ak-6.jpg[/lib][/center] [center][lib]2010/qht-ak-7.jpg[/lib][/center] Aksiyada iştirak edən hüquq müdafiəçisi Arzu Abdullayeva Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, QHT-lərin aksiyası ilə bağlı hökumətin mövqeyi ədalətli deyil: ?Gördüyünüz kimi, bizdən əlavə, jurnalistləri də qoymurlar. Müşahidələrimə görə, burada artıq bir sobatajlıq da var. Hər AŞPA-nın ssesiyasından qabaq mütləq İlham Əliyevin və Azərbaycanın adına ləkə gətirmək istəyirlər. Çalışırlar ki, AŞPA-nın hər ssesiyasında İlham Əliyevə iradlar tutulsun. Nə vaxtasa, bütün bunların üstü açılacaq. Prezident vaxtında tərpənməlidir, yoxsa vəziyyət daha da pis ola bilər. Amma inanmıram ki, bu qanun qəbul edilsin. Nəzərinizə çatdırım ki, daxildə də narazılıq var. Konkret olaraq, parlamentdə və iqtidar nümayəndələri arasında narazılıq mövcuddur. Qrantların 94 faizi hökumətə gəlir. Avropa Komissiyası Azərbaycanda qonşuluq siyasəti ilə bağlı olan islahatların aparılması üçün 92 milyon avro ayırıb. Üç ildir ki, həmin vəsaiti götürmürlər. Hökumət bu islahatların aparılmasında maraqlı deyil?. A.Abdullayeva onu da bildirib ki, bu qanun qəbul edilərsə, Azərbaycana ayrılan qrant Ermənistan və Gürcüstana veriləcək: ?Onsuzda həmişə Ermənistan Azərbaycandan 4 dəfə, Gürcüstan isə 10 dəfə artıq yardım alıb. Çünki onların vətəndaş cəmiyyətinin ekspertləri daha çox inkişaf ediblər?. Politoloq Hikmət Hacızadə isə bu qərarın QHT-lər üçün mənfi hal olduğunu bildirib: ?Dəyişikliklər bundan ibarətdir ki, QHT-lər tamamilə sıradan çıxsın. Bundan əlavə, onların maliyyə məsələlərinə müdaxilə etməklə yanaşı, həm də Bakıdan kənara buraxılmaq istəmirlər. Hökumət xarici təşkilatların burada işləməsinə imkan verməmək fikrindədir. Nəzərinizə çatdırım ki, xarici təşkilatlar ölkə qanuna görə işləyir və beynəlxalq öhdəlikləri öz üzərilərinə götürürlər?. Sonda aksiyaçıların qətnaməsi oxunub. Qətnamə deyilir: Biz Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsində birləşən QHT-lər ?QHT-lər haqqında qanuna təklif edilən dəyişiklər və əlavələri pisləyir və onun qəbul edilməsinə kəskin etiraz edirik. Bilidirirk ki, bəyan edilən siyasi kurslar Konstitusiya və Azərbaycanın beynəlxalq öhdəlikləri ilə birbaşa ziddiyət təşkil edir. Bu dəyişikliklər fundemental insan hüquqları hesab elidən sərbəst toplaşmaq, birləşmək və fikri ifadə etmək azadlıqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Hesab edirik ki, bu dəyişikliklər ümumilikdə QHT-lərin yaradılması, fəaliyyəti üçün ciddi məhdudiyyətlər yaratmaq məqsədi güdür və ölkədə vətəndaş cəmiyyətinə ağır zərbə vurur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA