Azərbaycan Ordusunun mövqeləri dörd istiqamətdə atəzə tutulub

img

19-06-2009 [11:05]


Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 18-da və 19-da müxtəlif saatlarda atəşkəs rejimini pozub. Erməni ordusu Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi, Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi və Ağdam rayonu Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA