Əli Həsənov: "Son 16 ildə Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 2 milyard dollar vəsait xərcləyib"

img

18-06-2009 [06:48]


?Azərbaycan hökuməti artıq ?Qayıdış proqramı?nı hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub. Əgər sülh müqaviləsi imzalanacaqsa, bu proqram mərhələ-mərhələ həyata keçiriləcək?. Bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlama verərkən deyib. Komitə sədri bildirib ki, indiyədək məcburi köçkünlərlə bağlı həyata keçirilən proqramlar sosial yönümlü olub: "Bundan sonra həyata keçiriləcək proqramlar isə daha çox inkişaf, reabilitasiya yönümlü, məcburi köçkünlərin iş vərdişlərinin bərpasına yönəlmiş proqramlar olacaq. Bu insanlar artıq 16 ildir ki, yardımlarla yaşayıblar. Lakin indi biz bu insanları qayıdışa hazırlamalıyıq. Bu məqsədlə bütün beynəlxalq təşkilatları bu işə cəlb etmişik?. "Son 16 ildə Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 2 milyard ABŞ dolları vəsait xərcləyib. Beynəlxalq təşkilatlar isə bu müddət ərzində Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 753 milyon ABŞ dolları vəsait sərf ediblər. Bu vəsaitin 200 milyon dolları BMT-nin qurumlarının, 360 milyonu ABŞ dövlətinə məxsus qeyri-hökumət təşkilatlarının proqramlarının, qalanları isə Avropa, ərəb ölkələri, Türkiyə, İran kimi dövlətlərin payına düşür" deyən Ə.Həsənovun sözlərinə görə, bu illər ərzində Azərbaycan hökumətinə qaçqın və məcburi köçkünlərlə bağlı göstərdiyi birbaşa yardıma görə İtaliya və Yunanıstan dövlətləri fərqlənib. Komitə sədri onu da nəzərə çatdırıb ki, 2001-ci ildə yaradılmış Dövlət Neft Fonduna daxil olan ilk vəsaitlər məhz qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilib: "Bu günə qədər Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı 720 milyon ABŞ dolları vəsait xərclənib. Bu vəsait hesabına 61 qəsəbə, 1 milyon kvadrat metrlik 17 min mənzil tikilib, bu mənzillərə 80 min qaçqın və məcburi köçkün köçürülüb. Tikilən qəsəbələrdə hər cür infrastruktur yaradılıb, 114 məktəb, xəstəxanalar, tibb məntəqələri, hamamlar tikilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA