Bu il zəhərdaxili telefon danızıqlarına limit qoyulmayacaq

img

18-06-2009 [03:13]


Məlum olduğu kimi, ötən il şəhərdaxili telefon danışıqları üçün limitin qoyulması barədə qərarın veriləcəyi bildirilirdi. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov hazırda şəhərdaxili telefon danışıqlarına limit qoyulmasının nəzərdə tutulmadığını deyib. Onun sözlərinə görə, ola bilsin ki, bu məsələyə gələcəkdə baxılsın: ?Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olaraq, belə bir limitin qoyulması nəzərdə tutulmur. Bunun gələcəkdə olub-olmaması isə sual altındadır. Ola bilsin ki, heç limit qoyulmasın?. M.Əmirov bölgələrin telefonlarla təmin olunması barədə də məlumat verib. Onun sözlərinə görə, hazırda bütün bölgələr stansianar telefonlarla təmin olunub və bu sahədə problem yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA