20 iyun - Umumdünya Qaçqınlar günü münasibəti tədbir

img

18-06-2009 [03:09]


Bu gün saat 16:00-da Azərbaycan Dövlət Flarmoniyasında 20 iyun - Ümumdünya Qaçqınlar günü münasibətilə tədbir keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. Onun sözlərinə görə, tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi, QMKİDK, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri, işğal olunmuş rayonların icra başçıları, Milli Məclisin deputatları, dövlət qurumlarının rəhbərləri iştirak edəcəklər: ?2000-ci ildən BMT-nin Baş Asambleyasının qətnaməsinə əsasən, 20 iyun - Ümumdünya Qaçqınlar günü kimi qeyd olunur. Tədbir ənənəvi olaraq hər il keçirilir və hər dəfə müxtəlif mövzulara həsr olunur. Bu il isə tədbir ?Real insanlar, real ehtiyaclar? adı altında keçirilir və qaçqınların, məcburi köçkünlərin problemlərinin bir daha kütləvi informasiya vasitələrində, beynəlxalq aləmdə işıqlaqdırılması məqsədini daşıyır?. S.Hüseynov həmçinin bildirib ki, Ümumdünya Qaçqınlar günü münasibətilə qaçqın və məcburi köçkünlərə heç bir maddi yardım göstərilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA