Sahibsiz itlər təhlükə mənbəyidir

img

18-06-2009 [02:02]


İxtisaslaşmış Sanitariya-Təmizlik və Komunal Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən sahibsiz heyvanlara qarşı mübarizə sahəsinin rəisi Əhməd Məmmədov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, şəhərin mərkəzinə nisbətən kənar rayonlarda sahibsiz itlərə daha çox təsadüf olunur. Onun sözlərinə görə, sahibsiz heyvanlara qarşı mübarizənin bir neçə forması var: ?Biz əsasən müraciətlər əsasında iş aparırıq. Bizim idarəylə yanaşı bu sahədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İcra hakimiyyətlərinin yerli nümayəndələri, bələdiyyələr də fəaliyyət göstərirlər. Adətən insanlar təhlükə ilə üzləşdikləri zaman bizə müraciət edərək kömək istəyirlər. Əməkdaşlarımız lazım olan ünvana gedərək müvafiq tədbirləri həyata keçirirlər. Əgər itlər tərəfindən dişləmə hadisəsi qeydə alınıbsa, həmin heyvan əməkdaşlarımız tərəfindən zərərsizləşdirilərək baytarlıq idarəsinə aparılır. Orada tibbi müayinədən sonra hansısa xəstəlik aşkarlandıqda heyvan əməkdaşlarımız tərəfindən məhv edilir. İt tərəfindən hücuma məruz qalan şəxslərsə mütləq yerli tibb məntəqələrinə müraciət edərək quduzlaşma əleyhinə vaksin vurdurmalıdırlar. Əks halda bu, təhlükəli fəsadlara gətirib çıxara bilər?. Sahə rəisinin dediyinə görə, heyvanda xəstəlik aşkarlanmadıqda, o, yenidən sahibsiz şəkildə küçəyə atılır. Əksər hallarda isanlar ev itlərini xüsusi halqadan istifadə etmədən küçəyə çıxarırlar. Bu isə həm ictimai asayişi pozaraq insanları narahat edir, həm də onları təhlükə qarşısında qoyur. Ev itləri saxlayan insanlara tövsiyyə edərdik ki, bu cür xoşagəlməz hallara yol verməsinlər?. Ə.Məmmədov deyib ki, son dövrlər daha çox Qaradağ, Əzizbəyov rayonları ərazisində kütləvi şəkildə sahibsiz itlərin zərərsizləşdirilməsi işi aparılıb. Şəhərin mərkəzində isə sahibsiz itlərə az təsadüf olunduğundan bu işlər gec-gec aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA