BŞiH QHT-lərin Milli Məclisin qarzısında keçirmək istədiyi piketə icazə verməyib

img

18-06-2009 [11:13]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin iyunun 19-da Milli Məclisin qarşısında keçirmək istədiyi piketə icazə verməyib. İcazəsiz aksiyanın keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil. Komitədən verilən məlumata görə, məsələnin iyunun 19-da səhər müzakirə olunması nəzərdə tutulub. Qeyd edək ki, iyunun 9-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna əlavə və dəyişikliklər layihəsini bəyənərək plenar iclasa tövsiyə edib. Layihə iyunun 19-da Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan əlavə və dəyişikliklərə etiraz olaraq iyunun 12-də 50-dən çox QHT-nin iştirakı ilə Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi yaradılıb. Daha sonra komitəyə çox sayda QHT qoşulub. Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi layihənin müzakirədən çıxarılması üçün həyata keçirdiyi tədbirlər planı çərçivəsində iyunun 19-da Milli Məclisin binası qarşısında etiraz aksiyası təşkil etməyi də planlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA