ABŞ Dövlət Departamentindən DiN-ə qarzı sərt ittiham

img

17-06-2009 [06:04]


[b][center]"Insan alveri qurbanları polis tərəfindən oğurlanaraq fahişəliyə cəlb olunublar və onlara bu haqda şikayət etməmək üçün hədə-qorxu gəlinib"[/center][/b] ABŞ Dövlət Departamenti insan alverinin vəziyyəti haqda 173 ölkə üzrə illik hesabatını açıqlayıb. Sözügedən hesabatda Azərbaycanın hüquq-mühafizə orqanlarının ünvanına sərt ittihamlar yer alıb. Hesabatda qeyd olunur ki, Azərbaycan insan alverinin mənbəyi, tranzit və daşınma ölkəsi olaraq qalır: ?Azərbaycandan qadın və uşaqlar cinsi istismar üçün Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparılır. Gənclər və kişilər isə Rusiyaya aparılaraq əmək istismarına məruz qalırlar. Bu ölkədən insanlar cinsi istismar üçün həmçinin İrana və Pakistana da aparılır. Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir. Naxçıvan Türkiyəyə aparılanlar üçün tranzit nöqtəsinə çevrilib?. Hesabatda deyilir ki, Azərbaycan hökuməti cəhdlər etsə də, insan alverinin qarşısını ala bilmir. Hökumət bu cür halların araşdırılması, məhkəməyə cəlb edilməsi və cəzalandırılması üçün kifayət qədər iş görməyib. Eyni zamanda hesabatda Azərbaycan hökumətinə insan alveri ilə məşğul olanlara təzyiq göstərilməsi üçün qanunu gücləndirmək tövsiyə edilir: ?Azərbaycan hökuməti 2007-ci illə müqayisədə daha sonralar insan alveri ilə bağlı çox az araşdırma aparıb. 2005-ci ildə qəbul edilən insan alveri ilə mübarizə qanunu həm cinsi, həm də əməyin istismarını qadağan edir. Bunun üçün 5 ildən 15 ilə qədər cəza nəzərdə tutulur. 2008-ci ildə hökumət insan alveri ilə bağlı 66 araşdırma apardığını deyib. 2007-ci ildə isə bu rəqəm 75 idi. Bir çox vətəndaş cəmiyyəti qurumlarına görə, məmurlar arasında korrupsiya və onların yaxşı təlimləndirilməməsi insan alverinə qarşı mübarizəni effektiv edə bilmir. Verilən məlumatlara görə, insan alveri ilə bağlı saxlananlar məhkəmədə hakimə rüşvət verərək qərarı dəyişiblər. Həmçinin polis zabitləri sauna, motel və masaj yerlərinə nəzarət edirlər. Bəzi insan alveri qurbanları bildiriblər ki, polis tərəfindən oğurlanaraq fahişəliyə cəlb olunublar və onlara bu haqda şikayət etməmək üçün hədə-qorxu gəlinib. Hökumət 2009-cu ildə insan alveri ilə bağlı yeni fəaliyyət planı qəbul edib. Lakin burada proqramın həyata keçirilməsi üçün maliyyə və sənədin hansı yolla icrası barədə məlumat yoxdur?. Hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan alveri qurbanlarına yardım edlməsində müxtəlif səylər göstərib. Lakin hökumətin qurbanların müəyyən edilməsi üçün sistemi yox idi. Bəzi QHT-lər hesab edirlər ki, əmək istismarı, cinsi istismardan daha çox ola bilər. Hökumət qurumları arasında insan alveri qurbanlarına yardım edilməsi ilə bağlı koordinasiya zəif təşkil olunub. Bir çox qurumların hətta ofisi və insan alveri ilə mübarizədə birbaşa əlaqə məntəqələri olmayıb. 2008-ci ildə QHT-lər və müvafiq hökumət qurumları 121 insan alveri qurbanının olduğunu müyyənləşdiriblər. Hökumət onlardan 52-nə sığınacaq verib. Hökumət qurbanlardan insan alveri ilə məşul olanların tədqiqatında iştirak etməyə çağırıb. Lakin qurbanlar deyiblər ki, bəzi polis işçiləri onlara cinayətlə bağlı müraciət etməyə imkan verməyiblər və fiziki hədə-qorxu gəliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA