Qarabağ və Respublika Uğrunda Vətəndaz Hərəkatı bir araya gəlib

img

17-06-2009 [05:23]


Bu gün Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi partiyaların liderləri Ümid Partiyasının mərkəzi qərargahında növbəti toplantısını keçirib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Ümid Partiyasının mətbuat xidmətindjən daxil olub. Məlumata görə, həm Azərbaycanda və həm də regionda baş verən mühüm siyasi prosesləri müzakirə edən Hərəkat liderləri qonşu İranda bu ilin 12 iyun tarixində keçirilən son prezident seçkilərinə və bu seçkilərin nəticələrinə münasibət bildirərək, İran xalqının demokratiya və azad seçkilər uğrunda başlatdığı mübarizəni dəstəklədiklərini, zorakılığı, insanlara qarşı törədilən cinayətləri qətiyyətlə pislədiklərini də ifadə ediblər. Müzakirələr zamanı bildirilib ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı bu gün küçə və meydanlarda öz demokratik hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan İran xalqının mübarizəsinin uğurlu nəticəsi regiondakı münasibətlərə də müsbət təsirlərini göstərə bilər. Hərəkat liderləri o cümlədən təhsil haqqında qanunun qəbuluna da münasibət bildiriblər. Belə ki, qəbul olunacaq qanun layihəsində təhsildə Boloniya sisteminə keçidi, təhsil ocaqlarının muxtar statuslarının azaldılması, təhsil ocaqlarının idarə olunmasında demokratik idarə olunması prinsiplərin olmaması, tələbə və şagirdlərin təhsil ocaqlarının işində iştirak etməməsi, müəllimlərin əmək haqqları ilə bağlı heç bir müddəanın olmaması və digər bu kimi ciddi boşluqların yer aldığını vurğulayan Hərəkat liderlər bu məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını veriblər. Daha sonra Hərəkat liderləri Azərbaycanda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıqları da müzakirə ediblər və bəyan edilib ki, bələdiyyələrin səlahiyyətlərinin məhdud olması, həmçinin ölkədə qüvvədə olan seçki məcəlləsinin qeyri-təkmilliyi siyasi partiyaların bu seçkilərdə iştirakını əngəlləyən əsas manelərdir. Bu barədə daha geniş müzakirələrin aparılması qərarını verən Hərəkat liderləri daha sonra QHT-lərin fəaliyyəti ilə bağlı bəzi qanunvericilik aktlarına təklif olunan dəyişikliklərə etiraz olaraq bəyanat qəbul ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA