Azay Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüzüb

img

17-06-2009 [04:28]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (İP) Azərbaycandakı rəhbəri Bruno Puezza və onun müavini xanım Nura Hamlaci ilə görüşüb. Şuranın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə regional QHT-lərin fəaliyyətinin səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması üçün BMT İP tərəfindən Şuraya göstəriləcək institusional dəstəklə əlaqədar texniki və təşkilatı məsələlər müzakirə olunub. Tərəflər qısa vaxt ərzində hazırlıq işlərini başa çatdırıb əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA