20-25 nəfərlik qrup zəhərin mərkəzindəki binanın 7-ci mərtəbəsindən özlərini atmaq istəyib

img

17-06-2009 [03:34]


Bu gün saat 14-15 radələrində bir qrup şəxs ?Təzə bazar?ın yaxınlığındakı yeni tikilən binanın 7-ci mərtəbəsinə çıxaraq, intihara cəhd ediblər. Bazarda çalışanlardan birinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, intihara cəhd edən 20-25 nəfərlik qrup Göyçay rayonundan gəliblər. Verilən məlumata görə, intihara cəhd edənlər Göyçay rayonundan olan iş adamı Çingiz Mayılovun ailə üzvləridır. Tələbləri isə Ç.Mayılovun həbsdən azad edilməsi və onlara qarşı təzyiqlərə son qoyulmasıdır. Onu da bildirək ki, hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Müstəqil İnformasiya Agentliyinin hadisə yerində olan əməkdaşının məlumatına görə, artıq intihara cəhd edənlər binadan düşürülərək, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA